"Azerbaijan Automobiles" şirkətinin nəznində olan rəsmi diler hesab edilən avtomobil salonuna “CRM üzrə kiçik mütəxəssis” tələb olunur;
Vəzifə öhdəlikləri
- Instagram, Facebook, TikTok və digər digital kanallardan daxil olan mesaj və müraciətlərin cavablandırılması
- Telefon zəngləri və onlayn sorğular üzrə ilkin müştəri ünsiyyətinin aparılması
- Bütün müraciətlərin CRM sisteminə düzgün və vaxtında daxil edilməsi
- Lead-lərin statuslara uyğun kateqoriyalaşdırılması və izlənməsi
- Müraciətlərin satış komandası ilə koordinasiyalı şəkildə ötürülməsi
- Müştəri cavablandırma vaxtının (response time) nəzarətdə saxlanılması
- CRM məlumatlarının daimi aktual saxlanılması
- Gündəlik və həftəlik lead axını üzrə qısa daxili hesabatların hazırlanması
Tələblər
- CRM sistemləri ilə işləmək bacarığı , Bitrix24 - üstünlükdür
- Sosial media mesajlaşma platformaları ilə praktik təcrübə
- Azərbaycan dilində sərbəst yazılı ünsiyyət (Rus və İngilis dili üstünlükdür)
- Satış yönümlü düşüncə tərzi
- Operativlik, məsuliyyət və diqqətlilik
- Komanda ilə işləmək bacarığı
- MS office biliyi və ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Qeyd
- Bu vəzifə SMM kontent paylaşımı və dizayn işi deyil. Rol yalnız daxil olan müştəri müraciətlərinin cavablandırılması və CRM əməliyyatlarını əhatə edir.
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində " CRM üzrə kiçik mütəxəssis" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.