Əsas vəzifə funksiyaları:
- Kompleksin daxili mühafizəsini və daxili nəzarəti təmin edilməsi;
- Kompleksin buraxılış və kompleks daxili rejimlərin təmin edilməsi;
- Kompleksdə, əsasən də tənəffüs zamanı təhlükəsizlik və nizam-intizamın tam təmin olunması;
- Kompleks daxilində keçirilən tədbirlərdə iştirak edən bütün şəxslərin təhlükəsizliyinin təmin edilməsi;
- Şagirdlərin valideynlərdən təhvil alınması və valideynlərə təhvil verilməsi;
- Kompleks, müəllimlər və valideynlər arasında kommunikasiya təmin olunması və məlumatların düzgün formada ötürülməsi;
- Kompleks daxilində işçilərin, şagirdlərin, tərbiyə alanların və bütün avadanlıqların təhlükəsizliyinin təmin edilməsi.
Tələblər:
- Bu sahə üzrə minimum 1 il təcrübə;
- İngilis və rus dillərində sərbəst danışmalı;
- “Məktəblinin dostu” pilot layihəsində iştirak edənlərə üstünlük verilir;
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu hissəsində “Mühafizəçi” vakansiyasına müraciət etdiklərini yazmalıdırlar.