Biz Təchizat Sistemləri komandamızın bir hissəsi olmaq üçün Avtoçilingər axtarırıq.
İş yeri – Bakı
İş mövsümidir – 4 aylıq
Vəzifə təlimatları:
- Nəqliyyat vasitələrinin təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək.
- Gündəlik olaraq istismar olunan bütün nəqliyyat vasitələrini yoxlamaq və lazımi prosedurlara riayət etmək.
- Təhlükəsizlik standartlarına riayət etməklə böyük dəqiqliklə təmir işlərini aparmaq.
- Avtomobillərdə müvafiq profil üzrə təmir işlərini aparmaq.
Tələblər:
- Texniki sahə üzrə təhsil
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Tələb olunan avadanlıqla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
- Effektiv texniki bacarığı
- Komandada işləmə bacarığı
- Ünsiyyət bacarığı
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Coca-Cola İçecek daim şirkətdaxili müxtəlifliyi dəstəkləyir. Burada bütün işə müraciət edənlər üçün onların irqinə, cinsinə, dəri rənginə, milli və ya sosial mənşəyinə, etnik mənsubiyyətinə, dininə, yaşına, sağlamlıq və ailə vəziyyətinə, cinsi oriyentasiyasına, cinsiyyət ifadəsinə və ya siyasi fikrinə və s. görə ayrı-seçkilik edilmədən bərabər imkanlar yaradılır.