Azerbaijan Coca - Cola Bottlers Azerbaijan Coca - Cola Bottlers
  • 3.3K

Azerbaijan Coca - Cola Bottlers

Напитки , Soft Drinks

Operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Operator

  • Истекает 21 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz Təchizat Sistemləri komandamızın bir hissəsi olmaq üçün Operator axtarırıq.
İş yeri: Bakı (Mövsümi – 6 aylıq)

Vəzifə təlimatları:

  • Su təsfiyə və sirop hazırlama təsisinin hüquqi qanunvericilik və Koka-Kola standartlarına uyğun formada su istehsal edəcək şəkildə işləməsini təmin etmək;
  • Keyfiyyət planında yer alan su təmizlik modulu (yeri – ünitesi) ilə əlaqədar gündəlik analizləri və təhlilləri aparmalı;
  • Operator prosedura uyğun istehsal sahələrində, atık su təmizləmə, laboratoriya, siropxana, su təsfiyə sahələrində nümunələrini götürüb və laboratoriyada analizlərini etməli;
  • Xam su kontrolu, nizamlı olaraq su istehlakı və xam su gəlişi hesabatını aparmalı;
  • Gündəlik istehsal planında yer alan istehsal olunacaq məhsulun cinsi və sayına görə anbardan xammadə almalı, MMİ-dakı hazırlanma üsullarına uyğun formada su və şəkər hesablanaraq gigiyenik şəraitdə manual və avtomatik maşından istifadə edərək sirop hazırlamalı;
  • Su təsfiyə üçün kimyəvi maddələri hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etməli;
  • Siropxana və su təsfiyədə olan avadanlığın təmirini planlı şəkildə aparmalı, qəza vəziyyətində növbə rəisini məlumatlandırmalı;
  • Qida təhlükəsizliyi ilə bağlı bütün problemlər barədə cavabdeh şəxslərə məlumat vermək;
  • Siropxana və su təsfiyə sahəsində GMP qaydalarına riayət etmək.

Tələblər:

  • İstehsal sahəsində minimum 1 il iş təcrübəsi
  • Müvafiq sahə üzrə bakalavr təhsili
  • MC Office bilikləri
  • Tələb olunan avadanlıqla məsuliyyətli və təhlükəsiz şəkildə işləmə bacarığı
  • Komandada işləmə bacarığı

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily2
  • Weekly663
  • Monthly670