Azerbaijan Energy Regulatory Agency Azerbaijan Energy Regulatory Agency
  • 788

Dövlət proqramları və strateji inkişaf şöbəsi - Aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dövlət proqramları və strateji inkişaf şöbəsi - Aparıcı mütəxəssis

  • Deadline 6 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) qanunvericilik aktlarının, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında iştirak etmək;
  • Agentliyə həvalə edilmiş tədbirlərin icra vəziyyətini təhlil etmək, onların icrasını əlaqələndirmək və icrası ilə bağlı təkliflər hazırlamaq;
  • Müvafiq sahənin strateji inkişafı məqsədilə beynəlxalq təcrübədə yeni texnologiyaların, elmi nailiyyətlərin, üsul və metodların öyrənilməsi və tətbiqi üzrə təkliflər hazırlamaq;
  • Seminar, təlim, konfrans, müşavirə və digər tədbirlərdə iştirak etmək;
  • Şöbəyə daxil olan sənədlərin araşdırılması və cavablandırılmasını təmin etmək;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar, məlumatlar və təqdimatlar hazırlamaq;
  • Şöbənin Əsasnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Tələblər:

  • Ali təhsil (Enerji menecmenti, Biznesin idarə edilməsi, Əməliyyatların idarə edilməsi, İqtisadiyyat və s. aidiyyəti ixtisasları üzrə)
  • İxtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş həddi 50 yaşadək;
  • Yüksək səviyyədə MS Office, SQL, Power BI və s. əlaqəli proqramlar üzrə bilikləri
  • Kataloqlar və internet kimi mənbələrdən istifadə etmək bacarığı;
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili yüksək səviyyədə, rus dili arzuolunandır;
  • Komanda ilə effektiv işləmək, yaxşı ünsiyyət və təqdimat etmə bacarığı;
  • Məntiqi, analitik və tənqidi düşüncə bacarığı.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Dövlət proqramları və strateji inkişaf şöbəsi – Aparıcı mütəxəssis) qeyd etməniz tələb olunur.

  • Daily0
  • Weekly416
  • Monthly1681