Azerbaijan Energy Regulatory Agency Azerbaijan Energy Regulatory Agency
  • 299

Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru– Böyük mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru– Böyük mütəxəssis

  • Deadline 13 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Müvəkkil kredit təşkilatları ilə birbaşa əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi prosesini icra etmək; 
  • Müvəkkil kredit təşkilatlarından daxil olan kredit sifarişlərini qəbul etmək, onların tələblərə uyğunluğunu yoxlamaq və müvafiq sənədlərin hazırlanmasını həyata keçirmək;
  • Müvəkkil kredit təşkilatları vasitəsilə veriləcək güzəştli kreditlərin ilkin qiymətləndirməsini icra etmək;
  • Kreditlərin istifadə edilməsi və kredit ödənişlərinin izlənməsini yerinə yetirmək; 
  • Kredit müraciətlərinin enerji effektivliyi tələblərinə uyğunluğunun yoxlamaq; 
  • Kredit müraciətlərinin analizi, maliyyə və risk qiymətləndirilməsini həyata keçirmək; 
  • Kredit verilməsi üzrə təkliflərin hazırlamaq və rəhbərliyə təqdim etmək; 
  • Müvəkkil kredit təşkilatının kreditləşmə üzrə limitinin yuxarı həddi ilə bağlı rəhbərliyin qərar qəbul etməsi üçün lazımi maliyyə göstəricilərini təqdim etmək.
  • Güzəştli kreditlərin verilməsi ilə bağlı qaydaların və prosedurların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq; 
  • Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırmaq; 
  • Sahəsinə uyğun normativ sənədlərin hazırlanmasında iştirak etmək; 
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak etmək;
  • Sektorun fəaliyyəti və kredit məhsullarına dair gündəlik, aylıq, rüblük ve illik hesabatları hazırlamaq; 
  • Sektora daxil olan ərizə, müraciət, təklif və şikayətləri araşdırmaq və cavablandırılması işində iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıq və vəzifələri icra etmək; 
  • Rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Departamentin Əsasnaməsi ilə üzərinə düşən vəzifələrin icrası məqsədi ilə qanunvericiliklə qadağan edilməyən digər zəruri işləri yerinə yetirmək.

TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil; 
  • Kredit qiymətləndirilməsi, maliyyə analizi və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi ;  
  • Yaş həddi 25-45 aralığı;
  • MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı; 
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır; 
  • Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq. 
  • ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır. 
  • Bank sektoru və ya kredit təşkilatlarında iş təcrübəsi üstünlükdür. 

DİGƏR:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru– Böyük mütəxəssis) qeyd edin.

  • Daily0
  • Weekly304
  • Monthly1029