Azerbaijan Energy Regulatory Agency Azerbaijan Energy Regulatory Agency
  • 270

Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru - Böyük mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru - Böyük mütəxəssis

  • Истекает 14 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Enerji effektivliyi fonduna üzv müvəkkil kredit təşkilatı seçilmək məqsədilə kredit təşkilatlarından gələn müraciətlərin qəbulu və yoxlanması; 
  • Enerji effektivliyi fonduna üzv müvəkkil kredit təşkilatı seçilmək məqsədilə müraciət etmiş kredit təşkilatlarına cavab olaraq müvafiq sənədlərin hazırlanması və göndərilməsi;
  • Müvəkkil kredit təşkilatları ilə birbaşa əməkdaşlıq edərək güzəştli kreditlərin verilməsi prosesini idarə etmək;
  • Müvəkkil kredit təşkilatlarından daxil olan kredit sifarişlərini qəbul etmək və onların tələblərə uyğunluğunu yoxlamaq;
  • Müvəkkil kredit təşkilatları (MKT) vasitəsilə veriləcək güzəştli kreditlərin ilkin qiymətləndirilməsi;
  • Kredit müraciətlərinin enerji effektivliyi tələblərinə uyğunluğunun yoxlanılması;
  • Kredit müraciətlərinin analizi, maliyyə və risk qiymətləndirilməsini həyata keçirmək;
  • Kredit verilməsi üzrə təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Kreditlərin istifadə edilməsi və ödənişlərinin izlənməsi;
  • Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırılması;
  • Güzəştli kreditlərin verilməsi ilə bağlı qaydaların və prosedurların təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
  • Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak;
  • Sahəsinə uyğun normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak etmək;
  • Kredit risklərinin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, dair məlumatların analizlərini həyata keçirilməsi;
  • Öz fəaliyyətinə və kredit məhsullarına dair gündəlik, aylıq, rüblük ve illik hesabatların hazırlanılması;
  • Departamentin Əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi;

TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil;
  • Kredit qiymətləndirilməsi, daxili nəzarət, maliyyə analizi və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office (xüsusilə Excel) proqramlarından yüksək istifadə bacarığı;
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə rus dili arzuolunandır;
  • Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq;
  • ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır;
  • Bank sektorunda anderraytinq, kreditlərin yekun maliyyə analizi və yoxlanması, daxili nəzarət və fondlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

DİGƏR:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji effektivliyi departamenti, Kreditləşmə sektoru – Böyük mütəxəssis) qeyd edin. 

  • Daily27
  • Weekly503
  • Monthly2130