Azerbaijan Energy Regulatory Agency Azerbaijan Energy Regulatory Agency
  • 870

Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas

  • Deadline 30 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində normativ-hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin fəaliyyəti ilə bağlı digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
  • Agentliyin fəaliyyət istiqamətlərinə aid qanunvericiliyin təkmilləşdirilməsi, qüvvədə olan qanunvericiliyin yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə normativ hüquqi aktların layihələrini hazırlayır;
  • İcraatına daxil olan sənədlərin müvafiq sahədə hüquqi ekspertizasını keçirib rəy verir, sorğular əsasında hüquqi məsələlər üzrə araşdırma apararaq arayışlar hazırlayır, təklif və rəylər verir;
  • Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulduğu halda hüquqi ekspertizasını keçirdiyi sənədlərə viza verir;
  • Müvafiq sahə üzrə yaradılan işçi qruplarda, habelə rəsmi görüşlərdə iştirak edir;
  • Müvafiq sahədə dövlət nəzarət tədbirlərinin həyata keçirilməsində hüquqi yardım göstərir;
  • Şöbə müdirinin göstərişi ilə müvafiq sahədə hesabatlar, arayışlar və rəylər hazırlayır, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər verir;
  • Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulan və vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir.

Tələblər:

  • Ali təhsil (hüquqşünaslıq);
  • İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar bilik və bu sahələrdən birində və ya bir neçə üzrə təcrübəyə malik olmalı;
  • Qanunvericilik texnikasını bilməli və bu sahədə təcrübəyə malik olmalı;
  • Yaş həddi 25-45 aralığı;
  • İxtisası üzrə azı 5 il iş stajı (normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • İngilis və rus dili bilikləri;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət et düyməsində qeyd olunan poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas) qeyd edin. 

  • Daily0
  • Weekly478
  • Monthly597