Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır;
- Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
- Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə statistik hesabatlar hazırlayır;
- Digər təşkilatlardan və struktur bölmələrdən əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlayır, sistemləşdirir və hesabatlar hazırlayır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır.
Tələblər:
- “İqtisadiyyat, Biznes analitikası, Maliyyə, Data analitikası” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 2 ildən az olmayaraq iş təcrübəsi;
- Yaş həddi 22-40 aralığı;
- Microsoft Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməli, analitik hesabatların və təqdimatların hazırlanması bacarığına malik olmalıdır, SQL və DAX ilə işləmə bacarığı arzuolunandır;
- Power BI və ya digər Business Intelligence (BI) alətləri ilə işləmə təcrübəsi mütləqdir, məlumatların vizuallaşdırılması və dashboardların hazırlanması bacarığına malik olmalıdır;
- Azərbaycan dilini səlis, ingilis dili və rus dili arzu olunandı;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
- Maliyyə, korporativ maliyyə və ya maliyyə hesabatlarının təhlili sahəsində baza bilikləri arzuolunandır;
- ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Mütəxəssis) qeyd edin.