Azerbaijan Energy Regulatory Agency Azerbaijan Energy Regulatory Agency
  • 274

İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Mütəxəssis

  • Deadline 1 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır; 
  • Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir; 
  • Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir; 
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə statistik hesabatlar hazırlayır; 
  • Digər təşkilatlardan və struktur bölmələrdən əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlayır, sistemləşdirir və hesabatlar hazırlayır; 
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır.

Tələblər:

  • “İqtisadiyyat, Biznes analitikası, Maliyyə, Data analitikası” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun          2 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş həddi 22-40 aralığı;
  • Microsoft Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməli, analitik hesabatların və təqdimatların hazırlanması bacarığına malik olmalıdır, SQL və DAX ilə işləmə bacarığı arzuolunandır;
  • Power BI və ya digər Business Intelligence (BI) alətləri ilə işləmə təcrübəsi mütləqdir, məlumatların vizuallaşdırılması və dashboardların hazırlanması bacarığına malik olmalıdır;
  • Azərbaycan dilini səlis, ingilis dili və rus dili arzu olunandı;
  • Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;
  • Maliyyə, korporativ maliyyə və ya maliyyə hesabatlarının təhlili sahəsində baza bilikləri arzuolunandır;
  • ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır 

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Mütəxəssis) qeyd edin. 

  • Daily1
  • Weekly559
  • Monthly384