Azerbaijan Energy Regulatory Agency Azerbaijan Energy Regulatory Agency
  • 349

Azerbaijan Energy Regulatory Agency

Dövlət xidmətləri , Dövlət idarəetməsi və müdafiə

İqtisadi təhlil, tarif və statistika şöbəsi, Tarif sektoru–Aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İqtisadi təhlil, tarif və statistika şöbəsi, Tarif sektoru–Aparıcı mütəxəssis

  • Deadline 4 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır; 
  • Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir; 
  • Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir; 
  • Enerji sahəsində tarif siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır;
  • Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsi və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanmasında iştirak edir;
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır.

Tələblər:

  • “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş həddi 25-40 aralığı;
  • Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
  • Azərbaycan dilini səlis, ingilis dili  yüksək səviyyədə bilməli və rus dili arzu olunandır;
  • Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
  • İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır; 
  • ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır. 

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, Tarif sektoru–Aparıcı mütəxəssis) qeyd edin. 

  • Daily8
  • Weekly225
  • Monthly8