Vəzifə öhdəlikləri:
- Müvafiq sahə üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında təkliflər verir;
- İstehlakçıların qaz təchizatında kəsintilərə dair limitlərinin müəyyənləşdirilməsində və müvafiq qaydaların hazırlanmasında iştirak edir;
- Mühəndis-kommunikasiya təminatı sistemlərinə dair məcburi tələblərin normativ hüquqi sənədlərdə müəyyən olunmasında iştirak edir;
- qazpaylayıcı şəbəkələrdə, habelə qaz verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasında iştirak edir;
- İş bölgüsünə əsasən müvafiq sahə üzrə məlumatları toplayıb təhlillər aparır və nəticə olaraq təkliflər verir;
- Vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparır və təkliflər verir;
- Şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə Agentliyi təmsil edir;
- Şöbəyə daxil olan layihə, texniki şərt və təkliflərin araşdırılması və cavablandırılmasını təmin edir;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir
Tələblər:
- Neft və qaz sahəsi üzrə texniki ali təhsil və ixtisas profilinə uyğun 1 ildən az olmayaraq iş təcrübəsi;
- Yaş həddi 25-40 aralığı;
- Microsoft Office proqramı üzrə hesabatları, arayış və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
- Müvafiq sahə üzrə mövcud qanunvericilik aktlarını və standartları bilməlidir;
- Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı;
- Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini yüksək səviyyədə;
- Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
- İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Texniki normativ tənzimləmə şöbəsi – Mütəxəssis (Qaz üzrə)) qeyd edin