Azerbaijan Energy Regulatory Agency Azerbaijan Energy Regulatory Agency
  • 547

Texniki normativ tənzimləmə şöbəsi–Mütəxəssis (Qaz üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki normativ tənzimləmə şöbəsi–Mütəxəssis (Qaz üzrə)

  • Deadline 20 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Müvafiq sahə üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında təkliflər verir;
  • İstehlakçıların qaz təchizatında kəsintilərə dair limitlərinin müəyyənləşdirilməsində və müvafiq qaydaların hazırlanmasında iştirak edir;
  • Mühəndis-kommunikasiya təminatı sistemlərinə dair məcburi tələblərin normativ hüquqi sənədlərdə müəyyən olunmasında iştirak edir;
  • qazpaylayıcı şəbəkələrdə, habelə qaz verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasında iştirak edir; 
  • İş bölgüsünə əsasən müvafiq sahə üzrə məlumatları toplayıb təhlillər aparır və nəticə olaraq təkliflər verir; 
  • Vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
  • Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparır və təkliflər verir;
  • Şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə Agentliyi təmsil edir;
  • Şöbəyə daxil olan layihə, texniki şərt və təkliflərin araşdırılması və cavablandırılmasını təmin edir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir

Tələblər:

  • Neft və qaz sahəsi üzrə texniki ali təhsil və ixtisas profilinə uyğun 1 ildən az olmayaraq iş təcrübəsi;
  • Yaş həddi 25-40 aralığı;
  • Microsoft Office proqramı üzrə hesabatları, arayış və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
  • Müvafiq sahə üzrə mövcud qanunvericilik aktlarını və standartları  bilməlidir;
  • Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı;
  • Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini  yüksək səviyyədə;
  • Fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti;

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Texniki normativ tənzimləmə şöbəsi – Mütəxəssis (Qaz üzrə)) qeyd edin

  • Daily145
  • Weekly380
  • Monthly954