Azerbaijan Fish Farm Azerbaijan Fish Farm
  • 447

Azerbaijan Fish Farm

Ərzaq məhsulların istehsalı

Hüquq məsləhətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquq məsləhətçisi

  • Deadline 14 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

 “Azerbaijan Fish Farm” MMC hüquq komandasına qoşulmaq üçün təcrübəli və motivasiyalı Hüquq məsləhətçisi axtarır. Namizəd korporativ hüquqi dəstək və məhkəmə çəkişmələrində təcrübəyə malik olmaqla bərabər, qeyd olunan sahələrdə hüquqi düşüncəsini inkişaf etdirmək fürsəti qazanacaqdır. Bu rol dinamik mühitdə işləmək və şirkətin maraqlarının qorunmasına və inkişafına töhfə vermək üçün maraqlı fürsət təqdim edir.

Vəzifə üzrə öhdəliklər:

Hüquqi təmsilçilik:

  • Məhkəmə proseslərində, dövlət orqanları, inzibati orqanlar, ictimai təşkilatlar və digər üçüncü şəxslərlə qarşılıqlı münasibətlərdə Cəmiyyətin təmsil edilməsi.

Məhkəmə və mübahisələrin həlli:

  • İddia, etiraz, şikayət və digər hüquqi sənədlərin hazırlanması;
  • Hüquqi mübahisələrin daimi olaraq nəzarətdə saxlanması, vaxtında və effektiv həllinin təmin edilməsi;
  • Məhkəmədən əvvəlki müddət ərzində danışıqlar yoluyla mübahisələrin həllində iştirak.

Korporativ hüquqi dəstək:

  • Korporativ hüquq məsələlər üzrə hüquqi dəstək verilməsi;
  • Hüquqi risklərin qiymətləndirilməsi və minimuma endirilməsində iştirak, Cəmiyyətin maraqlarını qorumaq üçün zəruri tədbirlərin həyata keçirilməsi.

İnzibati sənədləşmə:

  • Cəmiyyətin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.), iş fəaliyyəti ilə bağlı sertifikatların və digər hüquq təsdiqedici sənədlərin alınması;
  • Əmlak  münasibətlərinin tənzimlənməsində hüquqi dəstək;
  • Əldə edilmiş əmtəə nişanlarının, patentlərin qorunması üçün tədbirlərin həyata keçirilməsi və müddətlərin izlənilməsi.

Müqavilələrin hüquqi ekspertizası və icraya nəzarət :

  • Müqavilələrin, sazişlərin və onlara əlavə və dəyişikliklərin hazırlanması, layihələrin hüquqi ekspertizası, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Cəmiyyətin mənafeyinə, habelə daxili qaydalara uyğun tərtib olunması;
  • Müqavilə münasibətləri üzrə öhdəliklərdən yayınma halları baş verdikdə zəruri hüquqi müdaxilələrin edilməsi. 

Hüquqi tənzimləmə və Komplayns:

  • Cəmiyyətin digər şöbələrinin fəaliyyətinin, habelə dövriyyədə olan sənədlərin mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Cəmiyyətin beynəlxalq sferada fəaliyyəti ilə əlaqədar hüquqi dəstəyin verilməsi, idxal-ixrac əməliyyatlarının qanunvericiliyin tələblərinə müvafiq aparılmasının təmini.

Digər hüquqi öhdəliklər:

  • Hüquq məsələləri üzrə birbaşa rəhbər tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi.

Vəzifə üzrə tələblər:

  • Hüquq üzrə bakalavr/magistr dərəcəsi;
  • Hüquq sahəsində minimum 6 ay iş təcrübəsi;
  • Danışıqlar aparmaq və hüquqi yazı bacarıqları;
  • Yüksək səviyyədə vaxt idarəetmə, təşkilatçılıq və problem həll etmə bacarıqları;
  • Detallara diqqət yetirmək və komanda daxilində əməkdaşlıq etmək bacarığı;
  • MS Office proqramında işləmə bacarığı;
  • Azərbaycan qanunvericiliyini (Mülki, inzibati, kommersiya, əmək və s.) təfsir etmə bacarığı;
  • Azərbaycan dili – mükəmməl;
  • Xarici dil biliyi arzuolunandır.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Hüquq məsləhətçisi” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily64
  • Weekly169
  • Monthly1336