Vəzifə üzrə öhdəliklər:
- Sənəd axınının idarə edilməsi - işçilərin şəxsi qovluqlarının formata uyğun tərtibi, qeydlərin aparılması və kadr sənədlərinin (çap və elektron formaları) düzgün formada tərtibi və qorunması;
- Baş ofis ilə regionlarda yerləşən ofislər arasında İR üzrə sənəd axınının düzgün və vaxtında idarə olunmasının təmin edilməsi;
- Kadr dəyişiklikləri ilə bağlı əmrlərin, əmək müqavilələrin, əmək müqavilələrinə əlavələrin və digər kadr sənədləşmələrin hazırlanması və qovluqlara yerləşdirilməsi;
- Məzuniyyət prosesinin sənədləşdirilməsini və 1C proqram təminatında düzgün əks olunmasını təmin etmək;
- Ezamiyyə prosesinin sənədləşdirilməsini və 1C proqram təminatında düzgün əks olunmasını təmin etmək;
- Xitam əməliyyatlarının icrası;
- İşçilərin istək və suallarını cavablandıraraq müştəri xidməti funksiyalarının yerinə yetirilməsi;
- ƏMAS sistemindən işçi sayı, işə qəbul, işdən çıxma və digər göstəricilərlə bağlı hesabatların hazırlanması;
- İşçi müqavilələrinin müddətinin izlənilməsi və vaxtında yenilənməsinin təmin edilməsi;
- Elektron informasiya sisteminə (ƏMAS) məlumatların daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- Daxili və xarici audit yoxlamaları zamanı lazım olan sənədlərin təmin edilməsi;
- Təyin edilmiş digər vəzifələrin yerinə yetirilməsi.
Namizədə Tələblər:
- Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya və s.);
- Minimum 1 il İR köməkçisi və ya müvafiq İnsan Resursları / inzibati vəzifədə təcrübə;
- Əmək məcəlləsi üzrə sertifikat;
- MS office, Outlook, digər ofis proqramları və avadanlıqları, 1C (ERP) biliyi (arzu olunan);
- Yazılı və şifahi ünsiyyət bacarıqları, dəqiqlik, vaxt idarə etmə bacarığı, son tarixlərə cavab vermək qabiliyyəti, detallara diqqət, komandada işləmək bacarığı;
- Azərbaycan dili səlis, Rus və İngilis dilləri üstünlükdür.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “İR üzrə kiçik mütəxəssis” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.