Azerbaijan Fish Farm Azerbaijan Fish Farm
  • 230

Azerbaijan Fish Farm

Food Products

Marketinq üzrə mütəxəssis (Qrafik dizayner)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq üzrə mütəxəssis (Qrafik dizayner)

  • Deadline 26 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə üzrə öhdəliklər:

  • Marketinq departamentinin tələbləri və brendin vizual standartlarına (brand identity) uyğun olaraq kataloq, broşür, stend, etiket, stiker və digər çap və promo materiallarının dizaynını hazırlamaq;
  • Layihələrin məqsədi, hədəf auditoriyası və dizaynla bağlı vacib detalları anlamaq üçün marketinq komandası ilə sıx əməkdaşlıq etmək;
  • Brendin imicinə və marketinq strategiyasına uyğun yaradıcı və unikal dizayn konsepsiyaları təklif etmək;
  • Kompozisiya, rəng palitrası, mətbəə və tərtibat prinsiplərini yaradıcı şəkildə tətbiq etmək və bu sahədə güclü anlayış nümayiş etdirmək;
  • Qrafik dizayn proqramlarında – xüsusilə CorelDRAW, Adobe Illustrator və digər peşəkar alətlərdə – vizual elementləri effektiv şəkildə işləyərək tələbə uyğun dizayn maketləri hazırlamaq;
  • Şirkətin vizual kommunikasiya ehtiyaclarına uyğun PowerPoint təqdimatları (PPT) hazırlamaq və onların brend üslubuna uyğunluğunu təmin etmək;
  • Sərgi və tədbirlər üçün stendlərin vizual dizayn tərtibatını hazırlamaq, ölçü və texniki tələblərə uyğun maketləri işləmək;
  • Yeni və mövcud məhsullar üçün qablaşdırma dizaynlarını hazırlamaq – o cümlədən metal, plastik və şüşə qablar üçün vizual və funksional etiket dizaynlarını işləmək;
  • Kürü məhsulları üçün alt və üst etiketlərin dizaynını işləyib istehsal üçün uyğun formatda final fayllarını hazırlamaq;
  • Hazırlanan bütün materialların düzgünlüyünü və keyfiyyətini yekunlaşdırmadan əvvəl diqqətlə yoxlamaq, onların vaxtında və səhvsiz hazırlanmasını təmin etmək;
  • Dizayn materialları üçün (loqo, şrift, foto, vizual element və s.) strukturlaşdırılmış və daim yenilənən rəqəmsal kitabxana yaratmaq və idarə etmək;
  • Çap prosesi və texniki spesifikasiyalar üzrə biliklərini daima yeniləmək, istehsala hazır faylların texniki tələblərə uyğun hazırlanmasını təmin etmək;
  • Dizayn layihələrinin istehsal mərhələsini koordinasiya etmək və materialların çap evləri və digər xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində vaxtında tamamlanmasına nəzarət etmək;
  • Rəqəmsal dizayn və çap sahəsində mövcud trendləri, texnologiyaları və proqram təminatındakı yenilikləri izləmək və onları iş prosesinə tətbiq etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında, məsuliyyətlə və operativ şəkildə yerinə yetirmək.

Namizədə Tələblər:

  • Ali təhsil və ya ixtisaslaşdırılmış peşəkar kurslar;
  • Qrafik dizayn sahəsində, xüsusən də çap və promo materiallarının hazırlanması üzrə minimum 1 il peşəkar iş təcrübəsi;
  • “HoReCa”, “FMCG”, “Luxury” Marketinq, ərzaq və qida sənayesində təcrübə üstünlükdür;
  • FMCG, Luxury Marketing, qida istehsalı, sərgi|tədbir sektorlarında dizayn təcrübəsi üstünlükdür;
  • Yüksək səviyyədə analiz bacarıqları, yaxşı şifahi və yazılı ünsiyyət və təqdimat bacarıqları, danışıqların aparılması və inandırıcılıq qabiliyyəti, kreativlik, təşəbbüskarlıq, innovativlik, mətn tərtib etmə bacarığı, komanda ilə işləmə bacarığı;
  • Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw proqramlarında işləmə bacarığı, Motion design (Adobe Premier, Adobe After Effects) proqramları ilə işləmə bacarığı üstünlükdür;
  • Qrafik dizayn üzrə sertifikatlar üstünlükdür;
  • Azərbaycan, Rus və İngilis dili mükəmməl bilməli.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq üzrə mütəxəssis/Qrafik dizayner” mövzusu ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

  • Daily140
  • Weekly140
  • Monthly2610