Vəzifə üzrə öhdəliklər:
- Marketinq departamentinin tələbləri və brendin vizual standartlarına (brand identity) uyğun olaraq kataloq, broşür, stend, etiket, stiker və digər çap və promo materiallarının dizaynını hazırlamaq;
- Layihələrin məqsədi, hədəf auditoriyası və dizaynla bağlı vacib detalları anlamaq üçün marketinq komandası ilə sıx əməkdaşlıq etmək;
- Brendin imicinə və marketinq strategiyasına uyğun yaradıcı və unikal dizayn konsepsiyaları təklif etmək;
- Kompozisiya, rəng palitrası, mətbəə və tərtibat prinsiplərini yaradıcı şəkildə tətbiq etmək və bu sahədə güclü anlayış nümayiş etdirmək;
- Qrafik dizayn proqramlarında – xüsusilə CorelDRAW, Adobe Illustrator və digər peşəkar alətlərdə – vizual elementləri effektiv şəkildə işləyərək tələbə uyğun dizayn maketləri hazırlamaq;
- Şirkətin vizual kommunikasiya ehtiyaclarına uyğun PowerPoint təqdimatları (PPT) hazırlamaq və onların brend üslubuna uyğunluğunu təmin etmək;
- Sərgi və tədbirlər üçün stendlərin vizual dizayn tərtibatını hazırlamaq, ölçü və texniki tələblərə uyğun maketləri işləmək;
- Yeni və mövcud məhsullar üçün qablaşdırma dizaynlarını hazırlamaq – o cümlədən metal, plastik və şüşə qablar üçün vizual və funksional etiket dizaynlarını işləmək;
- Kürü məhsulları üçün alt və üst etiketlərin dizaynını işləyib istehsal üçün uyğun formatda final fayllarını hazırlamaq;
- Hazırlanan bütün materialların düzgünlüyünü və keyfiyyətini yekunlaşdırmadan əvvəl diqqətlə yoxlamaq, onların vaxtında və səhvsiz hazırlanmasını təmin etmək;
- Dizayn materialları üçün (loqo, şrift, foto, vizual element və s.) strukturlaşdırılmış və daim yenilənən rəqəmsal kitabxana yaratmaq və idarə etmək;
- Çap prosesi və texniki spesifikasiyalar üzrə biliklərini daima yeniləmək, istehsala hazır faylların texniki tələblərə uyğun hazırlanmasını təmin etmək;
- Dizayn layihələrinin istehsal mərhələsini koordinasiya etmək və materialların çap evləri və digər xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində vaxtında tamamlanmasına nəzarət etmək;
- Rəqəmsal dizayn və çap sahəsində mövcud trendləri, texnologiyaları və proqram təminatındakı yenilikləri izləmək və onları iş prosesinə tətbiq etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında, məsuliyyətlə və operativ şəkildə yerinə yetirmək.
Namizədə Tələblər:
- Ali təhsil və ya ixtisaslaşdırılmış peşəkar kurslar;
- Qrafik dizayn sahəsində, xüsusən də çap və promo materiallarının hazırlanması üzrə minimum 1 il peşəkar iş təcrübəsi;
- “HoReCa”, “FMCG”, “Luxury” Marketinq, ərzaq və qida sənayesində təcrübə üstünlükdür;
- FMCG, Luxury Marketing, qida istehsalı, sərgi|tədbir sektorlarında dizayn təcrübəsi üstünlükdür;
- Yüksək səviyyədə analiz bacarıqları, yaxşı şifahi və yazılı ünsiyyət və təqdimat bacarıqları, danışıqların aparılması və inandırıcılıq qabiliyyəti, kreativlik, təşəbbüskarlıq, innovativlik, mətn tərtib etmə bacarığı, komanda ilə işləmə bacarığı;
- Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw proqramlarında işləmə bacarığı, Motion design (Adobe Premier, Adobe After Effects) proqramları ilə işləmə bacarığı üstünlükdür;
- Qrafik dizayn üzrə sertifikatlar üstünlükdür;
- Azərbaycan, Rus və İngilis dili mükəmməl bilməli.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq üzrə mütəxəssis/Qrafik dizayner” mövzusu ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.