Vəzifə üzrə öhdəliklər:
- AFF MMC-nin laboratoriyalarında balıqlardan götürülmüş patoloji materialların, balıq saxlanılan suyun və yem nümunələrinin mikrobioloji müayinələrinin təşkili və aparılması;
- Balıqlarda bakterial, viral, funqal və parazitar patogenlərin aşkar edilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsinin təmin edilməsi;
- Laboratoriyalarda çalışan mütəxəssis və texniki personalın təlimatlandırılması, analizlərin düzgün icrasına metodiki və praktiki nəzarət;
- Laboratoriya fəaliyyətini tənzimləyən normativ sənədlərin (standart əməliyyat prosedurları, müayinə protokolları, reagent və kimyəvi maddələrin istifadəsi üzrə təlimatlar, təhlükəsizlik qaydaları, avadanlıqdan istifadə qaydaları) hazırlanması və icrası;
- Laborator avadanlıqlarının saz vəziyyətdə saxlanılması, onların vaxtında kalibrovkadan, texniki baxışdan və servis xidmətindən keçirilməsinin təşkili;
- Mikrobioloji müayinələr üçün zəruri reagent və laboratoriya ləvazimatlarının sifarişi, regional laboratoriyalara çatdırılması və düzgün saxlanmasına nəzarət;
- AFF MMC-nin laboratoriyalarında layihələr və tədqiqatlar çərçivəsində aparılan müayinələrin planlaşdırılması, icrası və yekun hesabatların hazırlanması;
- Yerli və beynəlxalq norma və standartlara (o cümlədən “Yaxşı Laboratoriya Praktikası” – Good Laboratory Practice, GLP) uyğun laboratoriya fəaliyyətinin təmin edilməsi;
- Aparılan müayinələrin planları, nəticələri və laboratoriyaların fəaliyyəti ilə bağlı digər məsələlər barədə rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi;
- Balıq xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin planlaşdırılmasında müvafiq struktur bölmələrlə birgə iştirak;
- Balıq xəstəlikləri, mikrobiologiya və laborator diaqnostika sahəsində yerli və beynəlxalq seminar, konfrans və digər peşəkar tədbirlərdə iştirak.
Namizədə Tələblər:
- Ali təhsil (Mikrobioloqiya) və diaqnostika üzrə təlimlər (xaricdə təlimlər keçənlərə üstünlük verilir);
- Müvafiq sahədə iş təcrübəsi – 5 ildən az olmayaraq;
- Tələb olunan və üstünlük verilən sənayə sektoru – baytarlıq sahəsində mikrobioloji laboratoriya.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- Ünvan: Bakı, Üzeyir Hacıbəyov, 57.
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Mikrobioloq” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.