Azerbaijan Fish Farm Azerbaijan Fish Farm
  • 815

Azerbaijan Fish Farm

Food Products

Satış təmsilçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış təmsilçisi

  • Deadline 20 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə üzrə öhdəliklər:

  • Çalışdığı şöbənin məhsullarının satışının artırılmasına vəzifə öhdəlikləri daxilində yardımçı olmaq;
  • Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq, düzgün və vaxtında cavablandırmaq;
  • İstədikləri məhsulları tapmaqda müştərilərə kömək etmək, onları rəflərə kimi müşayiət etmək və ya lazım gəldikdə əlaqədar işçiyə yönləndirmək;
  • Müştərilər tərəfindən gələn şikayətləri, narazılıqları, təklifləri müştəri xidmətlərinə və ya məsul şəxslərə yönləndirmək;
  • Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək;
  • Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək və onları rəflərdən qaldırmaq, satış üzrə baş köməkçini və ya məsul şəxsi məlumatlandırmaq; 
  • Rəflərdəki və anbardan rəflərə daşıdığı malların keyfiyyətinə nəzarət etmək, son istifadə tarixi yaxınlaşan məhsulları diqqətdə saxlamaq və məsul şəxsləri bu barədə məlumatlandırmaq;
  • İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək; 
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.

Namizədə Tələblər:

  • Təhsil : Orta təhsil
  • İş təcrübəsi : Market sahəsində (ət, toyuq, balıq və ya digər bölmələrdə) minimum 6 ay iş təcrübəsi olmalı;
  • Yaş həddi: 20-40;
  • Azərbaycan dili bilməli, rus dili üstünlükdür.

İş şəraiti:

  • İş vaxtı: 6 günlük iş həftəsi, 2 növbəli iş cədvəli
  • İş yeri: 20 Yanvar, Əhmədli, Babək pr., Yaşıl Bazar və s.
  • Əmək haqqı: 570 AZN + bonus

Vakansiyaya müraciət üçün CV-ləri “Satış təmsilçisi” mövzusu ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına və ya (+994) 51 201 74 45 Whatsapp nömrəsinə göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly243
  • Monthly243