A Azerbaijan Flowers Company
  • 396

Baş mühasib (İstehsalat şirkəti)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib (İstehsalat şirkəti)

  • Deadline 17 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • 1C 8.3 ERP proqramında bütün növ əməliyyatların aparılması və mühasibat yazılışlarının verilməsi.
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi.
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi,ezamiyyə və avans hesabatlarının hesablanması.
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
  • Vergi və mühasibat uçotun aparılması.
  • Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların icra edilməsi.
  • Qaimə və hesab fakturaların yazılması və üzləşmə aktların tərtib edilməsi.
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.
  • Gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
  • Maliyyə məlumatlarının təhlili və maliyyə hesabatlarının hazırlanması
  • Mühasibat uçotu məlumatlarının düzgün dövriyyəsini təmin etmək və problemləri mütəmadi olaraq həll etmək
  • Müəyyən edilmiş son tarixə qədər hər ay üçün ay bağlanmasını və idarəetmə hesablarının (P&L, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Balans hesabatı) hazırlanmasını təmin etmək.
  • İnventarizasiya prosesində iştirak etmək və mal qalıqlarında yaranmış uyğunsuzluqların araşdırılması.

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə.
  • İş yeri Qala qəsəbəsində yerləşir

Namizədə tələblər:

  • Təhsil – Ali iqtisadi təhsilli (Maliyyə, Mühasibat uçotu və audit) arzuolunandır.
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı (rus ve ingilis dili bilənlərə üstünlük veriləcəkdir).
  • Baş mühasib vəzifəsində minimum 2 ilədək iş ştajı olması arzuolunandır.
  • 1C və ofis proqramları ilə sərbəst işləmə bacarığı.
  • Bütün növ vergi, dsmf və digər hesabat formaları ilə iş təcrübəsi,
  • 1 C 8.3 proqramında sərbəst işləmək təcrübəsi .
  • Vergi, əmək qanunvericiliyi üzrə biliklər.
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrasını təmin etməli
  • Daily0
  • Weekly696
  • Monthly1519