İş şəraiti
- Şirkət: Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMKLŞ)
- İş yeri: GƏDƏBƏY saziş sahəsi (Gədəbəy rayonu) / DƏMİRLİ saziş sahəsi (Ağdərə rayonu)
- İş qrafiki: Gündəlik iş saatlarına uyğun olaraq, cəmlənmiş uçot sistemi tətbiq edilməklə növbəli iş rejimi: 15 iş / 15 istirahət günü və ya 22 iş / 9 istirahət günü.
Namizəd üçün tələblər:
- Mexanika mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
- Mexanika mühəndisliyi sahəsində minimum 5 il iş təcrübəsi (emal zavodları, metallurgiya, ağır sənaye və ya əlaqəli sahələrdə təcrübə arzuolunandır);
- Texniki komandaların idarə olunması və mühəndislik layihələrinin rəhbərliyi sahəsində təcrübə;
- Mexaniki sistemlər, sənaye avadanlıqlarının texniki xidməti və təmiri sahəsində güclü biliklər;
- Yüksək liderlik, təşkilatçılıq və qərarvermə bacarığı;
- Müxtəlif funksional komandalar və podratçılarla işləmək üçün güclü ünsiyyət və qarşılıqlı əlaqə bacarığı.
- Müxtəlif bölgələrdə işləmək və ezamiyyətlərə getmək imkanı;
- Azərbaycan dili biliyi mütləqdir, xarici dil biliyi (ingilis) üstünlük hesab olunur.
Əsas vəzifə öhdəlikləri:
- Filiz emalı zavodlarında bütün mexaniki mühəndislik fəaliyyətlərinin planlaşdırılması, icrası və nəzarətinə rəhbərlik etmək;
- Mexaniki sistemlərin baxışı, təmiri və texniki xidmətini idarə etmək, onların təhlükəsiz və səmərəli işləməsini təmin etmək;
- Uzunmüddətli profilaktik və proqnozlaşdırıcı texniki xidmət proqramları hazırlamaq və tətbiq etmək;
- Gənc mühəndis və texniklərin peşəkar inkişafı məqsədilə texniki rəhbərlik və mentorluq təmin etmək;
- Avadanlıqların texniki göstəricilərinin yaxşılaşdırılması və fasiləsiz iş rejiminin təmin olunması məqsədilə texniki yenilənmələr və modernizasiya üzrə təkliflər təqdim etmək;
- Bütün mühəndislik həllərinin sənaye standartlarına, şirkət siyasətinə və yerli təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək;
- Layihələrin səmərəli icrası və standartlara uyğunluğu məqsədilə digər mühəndislik sahələri, əməliyyat komandaları və podratçılarla koordinasiyalı əməkdaşlığı təmin etmək;
- Mühəndislik hesabatları, çizimlər və texniki xidmət qeydləri daxil olmaqla, dəqiq və ətraflı sənədlər hazırlamaq;
- Avadanlıqlara texniki xidmət və təmir prosedurlarını hazırlamaq;
- Texnoloji prosesə uyğun olaraq tələb olunan yeni avadanlıqların, mövcud avadanlıqlar üçün texniki xidmət və təmir işlərinin təmin edilməsi məqsədilə mal-materialların, ehtiyat hissələrinin və təmir alətlərinin sifarişinin təşkili.
Şirkətin təklif etdiyi imkanlar:
- Bilik, bacarıq və mövcud təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
- Davamlı peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- İş yerində gündəlik yemək və yaşayış təminatı;
- Aylıq mobil telefon istifadəsi üçün müavinət;
- Könüllü tibbi sığorta paketi;
- Yaşayış ünvanından iş yerinə gedib-gəlmə və daxili nəqliyyatla təmin olunma.
Müraciət qaydası:
- Maraqlanan namizədlərdən Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur. Mövzu hissəsində “Aparıcı mühəndis mexanik” vəzifə adını qeyd etməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə çavab verən namizədlərlə əlaqə saxlanılacaq.