A Azerbaijan International Mining Company
  • 541

Azerbaijan International Mining Company

Metal və dağ-mədən

Aparıcı mühəndis Mexanik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühəndis Mexanik

  • Deadline 11 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Şirkət: Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMKLŞ)
  • İş yeri: GƏDƏBƏY saziş sahəsi (Gədəbəy rayonu) / DƏMİRLİ saziş sahəsi (Ağdərə rayonu)
  • İş qrafiki: Gündəlik iş saatlarına uyğun olaraq, cəmlənmiş uçot sistemi tətbiq edilməklə növbəli iş rejimi: 15 iş / 15 istirahət günü və ya 22 iş / 9 istirahət günü.

Namizəd üçün tələblər:

  • Mexanika mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
  • Mexanika mühəndisliyi sahəsində minimum 5 il iş təcrübəsi (emal zavodları, metallurgiya, ağır sənaye və ya əlaqəli sahələrdə təcrübə arzuolunandır);
  • Texniki komandaların idarə olunması və mühəndislik layihələrinin rəhbərliyi sahəsində təcrübə;
  • Mexaniki sistemlər, sənaye avadanlıqlarının texniki xidməti və təmiri sahəsində güclü biliklər;
  • Yüksək liderlik, təşkilatçılıq və qərarvermə bacarığı;
  • Müxtəlif funksional komandalar və podratçılarla işləmək üçün güclü ünsiyyət və qarşılıqlı əlaqə bacarığı.
  • Müxtəlif bölgələrdə işləmək və ezamiyyətlərə getmək imkanı;
  • Azərbaycan dili biliyi mütləqdir, xarici dil biliyi (ingilis) üstünlük hesab olunur.

 Əsas vəzifə öhdəlikləri:

  • Filiz emalı zavodlarında bütün mexaniki mühəndislik fəaliyyətlərinin planlaşdırılması, icrası və nəzarətinə rəhbərlik etmək;
  • Mexaniki sistemlərin baxışı, təmiri və texniki xidmətini idarə etmək, onların təhlükəsiz və səmərəli işləməsini təmin etmək;
  • Uzunmüddətli profilaktik və proqnozlaşdırıcı texniki xidmət proqramları hazırlamaq və tətbiq etmək;
  • Gənc mühəndis və texniklərin peşəkar inkişafı məqsədilə texniki rəhbərlik və mentorluq təmin etmək;
  • Avadanlıqların texniki göstəricilərinin yaxşılaşdırılması və fasiləsiz iş rejiminin təmin olunması məqsədilə texniki yenilənmələr və modernizasiya üzrə təkliflər təqdim etmək;
  • Bütün mühəndislik həllərinin sənaye standartlarına, şirkət siyasətinə və yerli təhlükəsizlik qaydalarına uyğunluğunu təmin etmək;
  • Layihələrin səmərəli icrası və standartlara uyğunluğu məqsədilə digər mühəndislik sahələri, əməliyyat komandaları və podratçılarla koordinasiyalı əməkdaşlığı təmin etmək;
  • Mühəndislik hesabatları, çizimlər və texniki xidmət qeydləri daxil olmaqla, dəqiq və ətraflı sənədlər hazırlamaq;
  • Avadanlıqlara texniki xidmət və təmir prosedurlarını hazırlamaq;
  • Texnoloji prosesə uyğun olaraq tələb olunan yeni avadanlıqların, mövcud avadanlıqlar üçün texniki xidmət və təmir işlərinin təmin edilməsi məqsədilə mal-materialların, ehtiyat hissələrinin və təmir alətlərinin sifarişinin təşkili.

Şirkətin təklif etdiyi imkanlar:

  • Bilik, bacarıq və mövcud təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
  • Davamlı peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • İş yerində gündəlik yemək və yaşayış təminatı;
  • Aylıq mobil telefon istifadəsi üçün müavinət;
  • Könüllü tibbi sığorta paketi;
  • Yaşayış ünvanından iş yerinə gedib-gəlmə və daxili nəqliyyatla təmin olunma.

Müraciət qaydası:

  • Maraqlanan namizədlərdən Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri xahiş olunur. Mövzu hissəsində “Aparıcı mühəndis mexanik” vəzifə adını qeyd etməyiniz xahiş olunur. 

Qeyd: Yalnız tələblərə çavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly478
  • Monthly597