A Azerbaijan International Mining Company
  • 384

Azerbaijan International Mining Company

Metal və dağ-mədən

İnşaat Meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnşaat Meneceri

  • Deadline 31 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri.
  • İş qrafiki: 5 günlük iş həftəsi.

Namizəd üçün tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • AzDTN tələbləri, tikinti və şəhərsalma haqqında qanunvericilik, normativ sənədlər (SNİP, DBN, AZS və s.) haqqında ətraflı bilik;
  • Layihələndirmə mərhələsindən obyektin istismara verilməsinə qədər bütün texniki prosedurları bilmək;
  • Dövlət və bələdiyyə qurumlarında layihə sənədlərinin keçirilməsi və razılaşdırılması təcrübəsi;
  • MS Project, Primavera, AutoCAD, ArchiCAD, MS Office və digər tikinti idarəetmə proqramlarında işləmək bacarığı;
  • Güclü təşkilati və liderlik qabiliyyəti, sənəd dövriyyəsinin idarə olunması bilikləri;
  • Azərbaycan dili – mükəmməl;
  • İngilis və rus dillərini bilmək üstünlükdür (texniki sənədlərlə işləmə və beynəlxalq podratçılarla əlaqə üçün);

Üstünlük verilən məqamlar:

  • Tikintiyə Dövlət Nəzarəti və digər dövlət qurumları ilə birbaşa iş təcrübəsi;
  • AzPMİ və PMP layihə idarəçiliyi sertifikatlarının olması;
  • Beynəlxalq layihələrdə və FIDIC əsaslı müqavilələrlə iş təcrübəsi.

Əsas vəzifə öhdəlikləri:

  • Sifarişçi tərəfdən tikinti layihəsinin tam idarə olunmasını və nəzarətini həyata keçirmək.
  • Layihə sənədlərinin (eskiz, işçi layihə, smeta və s.) hazırlanmasını, dövlət qurumlarında razılaşdırma və ekspertiza proseslərini təşkili və icrasını izləmək.
  • Dövlət qurumları ilə (AzDTN, Tikintiyə Dövlət Nəzarəti Agentliyi, FHN, ETSN, DŞAK və s.) əlaqələrin qurulması, yazışmaların aparılması və texniki sənədlərin təqdimatını həyata keçirmək.
  • Tikinti işlərinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına (xüsusilə AzDTN tələbləri, SNİP, AZS və digər standartlar) uyğunluğunu təmin etmək.
  • Tikinti sahəsində görülən işlərin vaxta, keyfiyyətə və büdcəyə uyğun həyata keçirilməsinə nəzarət etmək və hesabatlar təqdim etmək.
  • Subpodratçılar və podratçılarla işlərin əlaqələndirilməsi, müqavilə və texniki şərtlərə uyğun icra olunmasının təmin edilməsi.
  • Tikinti prosesində yaranan texniki və təşkilati problemlərin operativ şəkildə həlli.
  • İşin gedişi barədə gündəlik, həftəlik və aylıq texniki və maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
  • Obyektin istismara qəbuluna qədər olan mərhələdə – texniki yoxlamalar, komissiyalar, qəbul aktları və istismara qəbul sənədlərinin hazırlanması proseslərini təşkil etmək.
  • Tikinti materiallarının və texniki avadanlıqların layihəyə uyğunluğunu və sertifikatlı olmasını yoxlamaq.

Şirkətin təklif etdiyi imkanlar:

  • Bilik, bacarıq və mövcud təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
  • Davamlı peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • İş yerində gündəlik yemək təminatı;
  • Aylıq mobil telefon istifadəsi üçün müavinət;
  • Könüllü tibbi sığorta paketi;

Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlərdən CV-lərini
Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-məktubun mövzu hissəsində “İnşaat Meneceri” vəzifə adını qeyd etməyiniz mütləqdir.
Qeyd: Yalnız tələblərə cavab verən uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily77
  • Weekly318
  • Monthly437