A Azerbaijan International Mining Company
  • 1.1K

Azerbaijan International Mining Company

Metal və dağ-mədən

Mühəndis Mexanik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis Mexanik

  • Deadline 11 Avqust 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: GƏDƏBƏY saziş sahəsi (Gədəbəy rayonu) / DƏMİRLİ saziş sahəsi (Ağdərə rayonu)
  • İş qrafiki: Gündəlik iş saatlarına uyğun olaraq, cəmlənmiş uçot sistemi tətbiq edilməklə növbəli iş rejimi: 15 iş / 15 istirahət günü və ya 22 iş / 9 istirahət günü.

Namizəd üçün tələblər:

  • Mexanika mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil;
  • Heç bir iş təcrübəsi tələb olunmur – yeni məzunlar da müraciət edə bilərlər;
  • Yüksək təşkilatçılıq qabiliyyəti, ünsiyyət bacarığı və komandada işləmə bacarığı;
  • Analitik və məntiqi düşünmə, eləcə də problem həll etmə bacarığı;
  • Müxtəlif bölgələrdə işləmək və ezamiyyətlərə getmək imkanı;
  • Azərbaycan dili biliyi mütləqdir, xarici dil biliyi (ingilis) üstünlük hesab olunur.

 Əsas vəzifə öhdəlikləri:

  • Filiz emalı zavodlarında tətbiq olunan texnoloji proseslər və bu proseslərdə istifadə olunan mexaniki avadanlıqlar barədə biliklərə malik olmaq;
  • Filiz emalı zavodlarında avadanlıqların mexaniki təmirini, dəyişdirilməsini və texniki baxışını həyata keçirmək;
  • Gündəlik fəaliyyət və layihələrin icrasına dəstək məqsədilə mühəndislik hesablamaları aparmaq;
  • Aidiyyəti proqram təminatlarından istifadə edərək texniki çizimlər, planlar və spesifikasiyalar hazırlamaq və nəzərdən keçirmək;
  • Müxtəlif texniki sahələr üzrə mühəndis komandaları ilə əməkdaşlıq etmək və podratçılarla koordinasiyalı şəkildə işlərin təşkili;
  • Təhlükəsizlik və ya iqtisadi səmərəlilik baxımından zəruri hallarda avadanlıqların dəyişdirilməsi və ya modernizasiyası ilə bağlı tövsiyələr vermək;
  • Gündəlik, həftəlik və illik texniki xidmət planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Satın alınmış avadanlıqlar və xidmətlər üzrə həftəlik və aylıq hesabatlar tərtib edərək birbaşa rəhbərə təqdim etmək. 

Şirkətin təklif etdiyi imkanlar:

  • Bilik, bacarıq və mövcud təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
  • Davamlı peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • İş yerində gündəlik yemək və yaşayış təminatı;
  • Aylıq mobil telefon istifadəsi üçün müavinət;
  • Könüllü tibbi sığorta paketi;
  • Yaşayış ünvanından iş yerinə gedib-gəlmə və daxili nəqliyyatla təmin olunma.

Müraciət qaydası:

  • Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-məktubun mövzu hissəsində “Mühəndis Mexanik” vəzifə adını qeyd etməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə çavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily22
  • Weekly613
  • Monthly731