İş şəraiti:
- İş yeri: GƏDƏBƏY saziş sahəsi (Gədəbəy rayonu) / DƏMİRLİ saziş sahəsi (Ağdərə rayonu)
- İş qrafiki: Gündəlik iş saatlarına uyğun olaraq, cəmlənmiş uçot sistemi tətbiq edilməklə növbəli iş rejimi: 15 iş / 15 istirahət günü və ya 22 iş / 9 istirahət günü.
Namizəd üçün tələblər:
- Mexanika mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil;
- Heç bir iş təcrübəsi tələb olunmur – yeni məzunlar da müraciət edə bilərlər;
- Yüksək təşkilatçılıq qabiliyyəti, ünsiyyət bacarığı və komandada işləmə bacarığı;
- Analitik və məntiqi düşünmə, eləcə də problem həll etmə bacarığı;
- Müxtəlif bölgələrdə işləmək və ezamiyyətlərə getmək imkanı;
- Azərbaycan dili biliyi mütləqdir, xarici dil biliyi (ingilis) üstünlük hesab olunur.
Əsas vəzifə öhdəlikləri:
- Filiz emalı zavodlarında tətbiq olunan texnoloji proseslər və bu proseslərdə istifadə olunan mexaniki avadanlıqlar barədə biliklərə malik olmaq;
- Filiz emalı zavodlarında avadanlıqların mexaniki təmirini, dəyişdirilməsini və texniki baxışını həyata keçirmək;
- Gündəlik fəaliyyət və layihələrin icrasına dəstək məqsədilə mühəndislik hesablamaları aparmaq;
- Aidiyyəti proqram təminatlarından istifadə edərək texniki çizimlər, planlar və spesifikasiyalar hazırlamaq və nəzərdən keçirmək;
- Müxtəlif texniki sahələr üzrə mühəndis komandaları ilə əməkdaşlıq etmək və podratçılarla koordinasiyalı şəkildə işlərin təşkili;
- Təhlükəsizlik və ya iqtisadi səmərəlilik baxımından zəruri hallarda avadanlıqların dəyişdirilməsi və ya modernizasiyası ilə bağlı tövsiyələr vermək;
- Gündəlik, həftəlik və illik texniki xidmət planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Satın alınmış avadanlıqlar və xidmətlər üzrə həftəlik və aylıq hesabatlar tərtib edərək birbaşa rəhbərə təqdim etmək.
Şirkətin təklif etdiyi imkanlar:
- Bilik, bacarıq və mövcud təcrübəyə uyğun rəqabətqabiliyyətli əmək haqqı;
- Davamlı peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- İş yerində gündəlik yemək və yaşayış təminatı;
- Aylıq mobil telefon istifadəsi üçün müavinət;
- Könüllü tibbi sığorta paketi;
- Yaşayış ünvanından iş yerinə gedib-gəlmə və daxili nəqliyyatla təmin olunma.
Müraciət qaydası:
- Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-məktubun mövzu hissəsində “Mühəndis Mexanik” vəzifə adını qeyd etməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə çavab verən namizədlərlə əlaqə saxlanılacaq.