Azerbaijan Metal Company LLC Azerbaijan Metal Company LLC
  • 887

Azerbaijan Metal Company LLC

Emal sənayesi , Digər emal sənayesi

Driver / Sürücü

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Driver / Sürücü

  • Deadline 23 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı şəhəri, Şüvəlan-Dalğa Plaza- Şüvəlan.

Vəzifənin biznes ehtiyacı / məqsədi: 

  • Vakansiya üzrə daxil olan müraciətlərin sayını nəzərə alaraq, iş qrafiki və iş şəraiti ilə bağlı vacib bir məqamı dəqiqləşdirmək istərdik.
  • İş günü səhər saat 07:00-da Şüvəlan qəsəbəsindən başlayır. Sürücü əməkdaşı Dalğa Plaza-da yerləşən ofisə aparmalı və iş gününün sonunda əməkdaşı yenidən Şüvəlan qəsəsbəsinə çatdırmalıdır.
  • Bundan əlavə, iş çərçivəsində həftəlik olaraq Şəmkirə ezamiyyətlər nəzərdə tutulur. Vakansiyaya müraciət edərkən, zəhmət olmasa, qeyd olunan iş qrafikini və səfərləri nəzərə alın.

Əsas vəzifə və məsuliyyətlər

Daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaqla

  • Struktur bölmələrin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək
  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılmasında, eləcə də təmirdən sonra nəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
  • Avtonəqliyyat vasitəsinin istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsi və cari texniki qulluqların icra edilməsi;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
  • Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək;
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan və qanunvericiliyə uyğun olan vəzifə vətapşırıqlarıvaxtında və tam şəkildə yerinə yetirmək.

Vəzifə üzrə biliklər / Təhsil / Tələblər və bacarıqlar

Təhsil və/və ya iş təcrübəsi:

  • Orta təhsil tələb olunur; nəqliyyat vasitələrinin idarə edilməsi və ya texniki xidmət üzrə peşə və ya texniki təhsil üstünlükdür.
  • Korporativ və ya rəsmi mühitdə minimum 3–5 il sübut olunmuş sürücülük təcrübəsi.
  • Yüngül nəqliyyat vasitələrinin (sedanlar, SUV-lər) və/və ya yüngül kommersiya nəqliyyat vasitələrinin idarə edilməsi təcrübəsi.
  • Avtomobillərə əsas texniki qulluq və nasazlıqların ilkin diaqnostikası üzrə biliklər.
  • Etibarlı B kateqoriyalı (və üstünlük olaraq C kateqoriyalı) sürücülük vəsiqəsi.
  • Ciddi yol hərəkəti qayda pozuntuları olmayan təmiz sürücülük rekordu.
  • Yol hərəkəti qaydaları və təhlükəsiz sürücülük prinsipləri üzrə yaxşı bilik.
  • Marşrut vərəqələri, yürüş məsafəsi və yanacaq qeydləri kimi əsas uçot və hesabat aparma bacarıqları.
  • Dil bilikləri: Azərbaycan dili üzrə sərbəst; ingilis və/və ya rus dili biliklərinin olması üstünlükdür.

Digər bacarıq və səriştələr:

  • Yüksək məsuliyyət hissi, punktuallıq və etibarlılıq.
  • Yaxşı ünsiyyət və interpersonal bacarıqlar.
  • Təlimatlara əməl etmək və məxfiliyi qorumaq bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly1
  • Monthly1189