Azerbaijan Metal Company LLC Azerbaijan Metal Company LLC
  • 319

Azerbaijan Metal Company LLC

Manufacturing , Other manufacturing

Head of Compliance and Internal Control Department / Komplayens və daxili nəzarət üzrə şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Head of Compliance and Internal Control Department / Komplayens və daxili nəzarət üzrə şöbə müdiri

  • Deadline 5 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Head of Compliance and Internal Control Department

Reporting to: Chief Administrative Officer

Company: Azerbaijan Metal Company LLC

Business Division: Administrative

Work location: Baku

Department: Compliance and internal control department

Manage Others: Yes

Country: Azerbaijan

Business Need / Purpose of Role:

  • The Head of Compliance and Internal Control leads the Company’s compliance and internal control framework and ensures adherence to applicable laws, regulations, and internal policies.
  • The role is responsible for developing and maintaining compliance policies and procedures, identifying and managing compliance and control risks.
  • Key responsibilities include conducting compliance reviews and risk assessments, strengthening internal controls, and monitoring remediation actions.
  • The role supports a strong culture of integrity, accountability, and effective risk management across the Company.

Key Responsibilities:

Including but not limited to:

  • Ensure compliance with applicable laws, regulations, and Company policies.
  • Develop, implement, and update the Compliance and Internal Control framework.
  • Conduct compliance, security, and integrity checks as required.
  • Conduct regular compliance and internal control risk assessments.
  • Identify high-risk areas, control gaps, and compliance weaknesses.
  • Develop and monitor corrective action and remediation plans.
  • Monitor compliance with internal policies, procedures, and control requirements.
  • Conduct compliance reviews, control testing, and internal investigations.
  • Assess the effectiveness of internal controls across business processes.
  • Ensure key controls are identified, documented, and regularly monitored.
  • Ensure internal controls are embedded into new processes, systems, and business initiatives.
  • Require responsible functions to address identified control weaknesses.
  • Escalate significant compliance risks and control deficiencies to the CAO.
  • Ensure internal controls support effective risk management and corporate governance.
  • Oversee controls related to asset protection and the accuracy of financial and operational information.
  • Support the prevention and detection of fraud, corruption, and other compliance violations.
  • Conduct compliance and control awareness training for employees.
  • Monitor regulatory developments and relevant international best practices.
  • Maintain effective communication with regulators and other external stakeholders.
  • Act as the key contact for regulatory and compliance matters.
  • Provide regular reports to the CAO on compliance risks, control weaknesses, and remediation progress.
  • Provide recommendations to the CAO on strengthening compliance and internal controls.
  • Establish and promote a strong culture of compliance, accountability, and internal control.
  • Manage the Department’s planning, budget, and performance.
  • Ensure timely and accurate preparation of departmental reports.

Job Knowledge/ Education/ Qualifications & Skills

Education and/or Experience:

  • Bachelor’s degree in Law, Audit or Finance.
  • Minimum 7 years of relevant experience in compliance, internal control, risk management, or a related field.
  • Strong practical experience in KYC/AML, regulatory compliance, and internal controls.
  • Proven experience in developing and implementing compliance policies, procedures, and control frameworks.
  • Experience in conducting risk assessments, compliance reviews, and control testing.
  • Experience in preparing management, regulatory, and analytical reports.
  • Experience in leading teams and working with senior management and cross-functional teams.
  • Experience in an industrial, mining, manufacturing, financial, or other regulated environment is an advantage.

Computer Skills:

Proficiency in MS office

Language Skills:

  • Fluency in Azerbaijani and Russian, English at least upper-intermediate.

Other Skills and Abilities:

  • Strong knowledge of compliance and internal control principles.
  • Good understanding of KYC/AML and financial crime prevention requirements.
  • Strong knowledge of risk assessment and control methodologies.
  • Knowledge of anti-corruption and fraud prevention practices.
  • Good understanding of local regulatory requirements and international best practices.
  • Strong analytical, communication, and stakeholder management skills.
  • High level of integrity, independence, and professional judgment.
  • Ability to identify risks, challenge existing practices, and drive corrective actions.
  • Professional compliance or risk certification is an advantage.

Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.

Komplayens və daxili nəzarət üzrə şöbə müdiri

Hesabat verir: Baş inzibati direktor

Şirkət: Azerbaijan Metal Company MMC

Struktur bölmə: Administrative

İş yeri: Bakı

Şöbə: Komplayens və daxili nəzarət Şöbəsi

Digər əməkdaşları idarə edir: Bəli

Ölkə: Azərbaycan

Vəzifənin biznes ehtiyacı / məqsədi:

  • Uyğunluq və Daxili Nəzarət Departamentinin rəhbəri Şirkətin uyğunluq və daxili nəzarət çərçivəsinə rəhbərlik edir və qüvvədə olan qanunvericiliyin, normativ tələblərin və daxili siyasətlərin tələblərinə riayət olunmasını təmin edir.
  • Vəzifə uyğunluq siyasət və prosedurlarının hazırlanması və yenilənməsini, habelə uyğunluq və daxili nəzarət risklərinin müəyyən edilməsini və idarə olunmasını əhatə edir.
  • Əsas vəzifələrə uyğunluq yoxlamalarının və risk qiymətləndirmələrinin aparılması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin icrasının monitorinqi daxildir.
  • Vəzifə həmçinin Şirkət daxilində dürüstlük, hesabatlılıq və effektiv risklərin idarə edilməsi mədəniyyətinin formalaşdırılmasına və davamlı inkişafına töhfə verir.

Əsas vəzifə və məsuliyyətlər

Daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq:

  • Qüvvədə olan qanunvericiliyə, normativ tələblərə və Şirkətin daxili siyasətlərinə riayət olunmasını təmin etmək.
  • Uyğunluq və Daxili Nəzarət çərçivəsini hazırlamaq, tətbiq etmək və yeniləmək.
  • Tələb olunduqda uyğunluq, təhlükəsizlik və dürüstlük yoxlamaları aparmaq.
  • Müntəzəm uyğunluq və daxili nəzarət risk qiymətləndirmələri aparmaq.
  • Yüksək riskli sahələri, nəzarət boşluqlarını və uyğunluq çatışmazlıqlarını müəyyən etmək.
  • Düzəldici tədbirlər və çatışmazlıqların aradan qaldırılması üzrə planları hazırlamaq və icrasına nəzarət etmək.
  • Daxili siyasətlərə, prosedurlara və nəzarət tələblərinə riayət olunmasını monitorinq etmək.
  • Uyğunluq yoxlamaları, nəzarət testləri və daxili araşdırmalar aparmaq.
  • Biznes proseslərində daxili nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək.
  • Əsas nəzarət mexanizmlərinin müəyyən edilməsini, sənədləşdirilməsini və mütəmadi monitorinqini təmin etmək.
  • Daxili nəzarət mexanizmlərinin yeni proseslərə, sistemlərə və biznes təşəbbüslərinə inteqrasiyasını təmin etmək.
  • Müvafiq struktur bölmələrin müəyyən edilmiş nəzarət çatışmazlıqlarını aradan qaldırmasını təmin etmək.
  • Əhəmiyyətli uyğunluq risklərini və daxili nəzarət çatışmazlıqlarını CAO-ya eskalasiya etmək.
  • Daxili nəzarətin effektiv risklərin idarə edilməsi və korporativ idarəetməni dəstəkləməsini təmin etmək.
  • Aktivlərin qorunması, maliyyə və əməliyyat məlumatlarının düzgünlüyü üzrə nəzarət mexanizmlərinə nəzarət etmək.
  • Fırıldaqçılıq, korrupsiya və digər uyğunluq pozuntularının qarşısının alınmasına və aşkar edilməsinə dəstək vermək.
  • İşçilər üçün uyğunluq və daxili nəzarət üzrə maarifləndirmə və təlimlər keçirmək.
  • Qanunvericilikdəki dəyişiklikləri və beynəlxalq qabaqcıl təcrübələri izləmək.
  • Tənzimləyici qurumlar və digər xarici maraqlı tərəflərlə effektiv əlaqələri təmin etmək.
  • Tənzimləyici və uyğunluq məsələləri üzrə əsas əlaqələndirici şəxs kimi çıxış etmək.
  • Uyğunluq riskləri, nəzarət çatışmazlıqları və düzəldici tədbirlərin icrası barədə CAO-ya mütəmadi hesabatlar təqdim etmək.
  • Uyğunluq və daxili nəzarətin gücləndirilməsi üzrə CAO-ya təkliflər vermək.
  • Şirkətdə güclü uyğunluq, hesabatlılıq və daxili nəzarət mədəniyyətinin formalaşdırılmasını təmin etmək.
  • Departamentin planlaşdırılmasını, büdcəsini və fəaliyyət göstəricilərini idarə etmək.
  • Departament üzrə hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək.

Vəzifə üzrə biliklər / Təhsil / Tələblər və bacarıqlar

Təhsil və/və ya iş təcrübəsi:

  • Hüquq, Maliyyə, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Uyğunluq, daxili nəzarət, risklərin idarə edilməsi və ya əlaqəli sahədə minimum 7 il iş təcrübəsi.
  • KYC/AML, normativ tələblərə uyğunluq və daxili nəzarət üzrə güclü praktiki təcrübə.
  • Uyğunluq siyasətlərinin, prosedurlarının və nəzarət çərçivələrinin hazırlanması və tətbiqi üzrə təsdiqlənmiş təcrübə.
  • Risk qiymətləndirmələrinin, uyğunluq yoxlamalarının və nəzarət testlərinin aparılması üzrə təcrübə.
  • Rəhbərlik, tənzimləyici qurumlar və analitik hesabatların hazırlanması üzrə təcrübə.
  • Komandaların idarə edilməsi, rəhbərlik və müxtəlif struktur bölmələri ilə səmərəli əməkdaşlıq təcrübəsi.
  • Sənaye, mədənçilik, istehsalat, maliyyə və ya digər tənzimlənən sahələrdə iş təcrübəsi üstünlükdür.

Kompüter bacarıqları:

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı

Dil bilikləri:

  • Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili isə ən azı yaxşı (Upper-Intermediate) səviyyədə olmalıdır.

Digər bacarıq və səriştələr:

  • Uyğunluq və daxili nəzarət prinsipləri üzrə güclü bilik.
  • KYC/AML və maliyyə cinayətlərinin qarşısının alınması tələbləri üzrə yaxşı anlayış.
  • Risklərin qiymətləndirilməsi və nəzarət metodologiyaları üzrə güclü bilik.
  • Korrupsiyanın və fırıldaqçılığın qarşısının alınması üzrə bilik.
  • Yerli normativ tələblər və beynəlxalq qabaqcıl təcrübələr üzrə yaxşı anlayış.
  • Güclü analitik, kommunikasiya və maraqlı tərəflərlə əlaqələrin idarə edilməsi bacarıqları.
  • Yüksək dürüstlük, müstəqillik və peşəkar mühakimə qabiliyyəti.
  • Riskləri müəyyən etmək, mövcud yanaşmaları qiymətləndirmək və düzəldici tədbirlərin həyata keçirilməsini təmin etmək bacarığı.
  • Peşəkar uyğunluq və ya risklərin idarə edilməsi üzrə sertifikatın olması üstünlükdür.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily115
  • Weekly115
  • Monthly366