Vakansiya haqqında məlumat:
- Aylıq, rüblük və illik iadəetmə hesabatlarının/ Müşahidə Şuranın hesabatlarının hazırlanmasında iştirak etmək;
- İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanmasında iştirak etmək;
- İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılması, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsində iştirak etmək;
- Ay bağlanılması prosesində anbar, satış, alış, və digər əməliyyatların sistemə düzgün işlənilməsinin yoxlanılmasına dəstək göstərilməsi;
- Debitor və kreditor borcların yaşlandırılması hesabatının hazırlanması;
- Kənar audit, bank və digər orqanların sorğuların vaxtında cavablandırılmasına dəstək olmaq;
- Şirkətin rəhbərliyə təqdim olunan gündəlik satış və istehsal yönümlü hesabatların hazırlanmasında iştirak etmək;
- Zərurət olduğu hallarda vəzifənin icrası ilə bağlı hazırkı təlimatda əks olunmayan tapşırıqları həyata keçirmək, rəhbərlik tərəfindən cəlb olunmuş digər işləri vaxtında və düzgün icra etmək.
Vəzifəyə dair tələblər:
- Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə olması arzuolunandır);
- ACCA F3, F7 və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olması üstünlükdür (qeyd olunan sertifikatları hələ əldə etməmiş namizədlərin bu mövzularda bilgili olması isə mütləqdir);
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, ingilis dilində orta səviyyədə yazı bacarığı, mühasibat uçotu və maliyyə terminlərini bilməsi;
- MS Office proqramlarından istifadə (xüsusilə MS Excel);
- Analitik düşüncə qabiliyyətinin olması;
- Çeviklik və yeniliklərə uyğunlaşma bacarığı;
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı olmaldıır.
İş şəraitinin şərtləri:
- İş qrafiki: 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )
- Ə/h müsahibə əsasında təyin olunur.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzuda Maliyyə üzrə kiçik mütəxəssis yazaraq, əməkhaqqı istəyinizi göstərməklə göndərə bilərlər.