Vəzifə öhdəlikləri:
- Balıqların daşınması və digər istehsalat proseslərində və hazırlıq işlərində iştirak;
- Törədici balıqlara inyeksiya prosesində köməklik göstərmək;
- Balıqların normativə uyğun şəkildə yemlənməsində iştirak;
- Əmtəə çəkisinə çatmış balıqların ovlanması və satış üçün hazırlanmasında iştirak;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- İş təcrübəsi tələb olunmur;
- Ali təhsil arzuolunandır, lakin əsas şərt deyil. Orta məktəbdə təhsil nəticələri yaxşı olmalı;
- Microsoft Office proqramlarını bilmək və ya qısa müddətdə öyrənə bilmək bacarığı;
- Azərbaycan dilində danışıq və yazı qabiliyyəti, digər dillər arzuolunandır;
- Məsuliyyətli, öyrənməyə meylli və fiziki cəhətdən aktiv olmaq;
- Namizədlər: Yevlax və Mingəçevir şəhərlərində yaşayan şəxslər.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi;
- İş yeri: Mingəçevir şəhəri;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
- İşə dair praktiki təlim və dəstək veriləcək.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.