Əmək haqqı üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı üzrə kiçik mütəxəssis

  • Deadline 12 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər:

  • Əmək haqqı və mükafatlar üzrə menecerinin verdiyi bütün əmək haqqı ilə əlaqəli tapşırıqları yerinə yetirmək
  • İşçilərin nə qədər işlədiklərini görmək üçün əmək tabellərini yoxlamaq
  • İş saatları, əlavə iş saatları, vergi, sosial sığorta ödəmələri və digər amilləri nəzərə alaraq işçilərin əmək haqqını düzgün hesablamaq
  • Məzuniyyət, xəstəlik, analıq məzuniyyətləri üzrə ödənişləri emal etmək
  • İşçilərin əmək tabelləri və əmək haqqı ödənişləri ilə bağlı suallarını cavablandırmaq
  • Əlavə iş saatları, tutulmalar, mükafatlar və s. ilə bağlı düzgün məbləği proqram vasitəsilə hesablamaq
  • Vergiləri və işçi müavinətlərinin ödənişini emal etmək
  • Saatlıq tariflər, əmək haqqı, müavinət dərəcələri, yeni işə götürülənlər haqqında məlumatları izləmək
  • Şirkət məlumat bazası proqramları ilə əmək haqqı prosesini yerinə yetirmək
  • Hesabatların və ödənişlərin riyazi dəqiqliyini yoxlamaq

Tələblər:

  • Biznes, İnsan Resursları, Mühasibatlıq və ya əlaqəli sahələrdə təhsil
  • 1 il əlaqəli təcrübə tələb olunur
  • MS Office proqram paketində (xüsusilə Excel) sərbəst istifadəçi
  • Orta səviyyə İngilis dili biliyi
  • Sürətli öyrənmə qabiliyyəti və dəyişən mühitlərə uyğunlaşma
  • Pərakəndə sahəsində təcrübə üstünlükdür
  • Əmək haqqı qanunvericiliyi haqqında üstün bilik
  • Əmək tabeli və iş qrafikinin planlaşdırılması
  • Zaman idarəetmə bacarıqları
  • Stress altında işləmə qabiliyyəti
  • Yazılı və şifahi ünsiyyət bacarıqları
  • İşçilərin şikayət və narahatlıqlarını həll etmə qabiliyyəti
  • Komandada işləmə bacarığı
  •  Detallara diqqəy yetirmə bacarığı
  • Əmək haqqı ilə bağlı tapşırıqlarda keyfiyyətə və etibara önəm vermə

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına “Əmək haqqı üzrə kiçik mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily211
  • Weekly372
  • Monthly1117