İnsan resursları üzrə kiçik inzibatçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları üzrə kiçik inzibatçı

  • Deadline 30 July 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər:

  • Əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına əsasən işçilərin düzgün şəkildə işə qəbul edilməsi və xitam verilməsi (1C və elektron Hökumət Portalı- EMAS)
  • Müqavilələrin hazırlanması, imzaladılması
  • Şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
  • Əmək kitabçalarının düzgün şəkildə doldurulması, qeydiyyatının aparılması və təhvil verilməsi
  • Müxtəlif növ arayışların hazırlanması
  • İşçilərin barmaq izlərinin “finger” və/və ya üz tanıma aparatında tanıdılması
  • Tələb olunduğu halda iş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərinin yoxlanılması və ayın sonu bağlanılması
  • İşçilərin tibbi yoxlamadan (obliqat kabinet) keçirilməsinin təşkilində iştirak etməsi
  • Gündəlik İnsan Resursları ilə bağlı proseslərin əlaqələndirilməsi və idarə edilməsində dəstək göstərməsi.
  • Tələb olunan digər tapşırıq və vəzifə öhdəliklərini yerinə yetirilməsi.

Tələblər: 

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübəsi
  • Müvafiq sahə ilə bağlı qanunvericilik və Əmək Məcəlləsi üzrə biliklər
  • Güclü ünsiyyət bacarığı.
  • Tənqidi düşüncə və təhlil bacarıqları.
  • Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları.
  • Sərbəst Microsoft Office istifadəçisi.
  • Çeviklik və tez öyrənmək qabiliyyəti.
  • Qərgin iş şəraitində işləmə bacarığı.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına “İnsan resursları üzrə kiçik inzibatçı” başlığı ilə CV göndərərək  müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly127
  • Monthly0