Öhdəliklər:
- Ərazidə anbar qrupuna rəhbərlik etmək
- Maliyyə inventarizasiyası zamanı düzgün ehtiyatların təmin edilməsinə cavabdeh olmaq.
- Satınalma sifarişinə uyğun olaraq müəssisə stoku üzrə təchizatçıların təhvil verdiyi materialların qəbul edilməsinə cavabdehlik daşımaq;
- Stokdan materialların verilməsinə və obyekt qrupları arasında paylanmasına cavabdehlik daşımaq;
- Anbarın müvafiq qaydada saxlanmasına, işlərin çeşidlənməsinə və anbarın düzgün təşkilinə cavabdehlik daşımaq;
- Çatdırılmalarda zədə və ya uyğunsuzluğun olub-olmadığını yoxlamaq və vaxtında müvafiq şöbələrə məlumat vermək;
- İstismar xidmətləri stokunda minimum-maksimuma nəzarət etmək və lazım gəldikdə materialları əvvəlcədən sifariş etmək;
- Müvafiq ehtiyat səviyyələrini təsdiqləmək və SƏP (Standart Əməliyyat Proseduru) üzrə inventar nəzarətini saxlamaq üçün adekvat uçotun aparılmasını təmin etmək və bütün sənədləri idarə etmək;
- Yüklərin daşınmasını, avadanlığın hərəkətini koordinasiya etmək və lazım olduqda kiçik təmir işlərini təşkil etmək.
Tələblər:
- MS Word və MS Excel proqramlarını bilmək;
- Anbar mühitində standart konsepsiyalar və təcrübələrlə tanış olmaq;
- Dəqiq riyazi hesablamalar aparmaq bacarığı ilə analitik təfəkkürə malik olmaq;
- Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
- Məlumatların daxil edilməsi, təhlili və idarə edilməsi sahəsində bacarıqlar;
- Detallara diqqət yetirmək və vaxtı səmərəli idarə etmək bacarığı;
- Yığma avadanlığını təhlükəsiz və qanuni şəkildə idarə etmək bacarığı;
- Ümumi ofis avadanlıqlarını idarə etmək bacarığı;
- Orta təhsil və ya ekvivalent təcrübəyə malik olmaq;
- Anbar, inventar nəzarəti və ya uçotun aparılması sahəsində təcrübəyə malik olmaq;
- 12 kq-a qədər, bəzən isə 25 kq-a qədər olan materialları qaldırmaq və daşımaq üçün fiziki qabiliyyətə sahib olmaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ İstismar obyektlərinin anbar təminatı üzrə mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.