Vəzifə üzrə öhdəliklər:
- Malları düzgün temperaturda və düzgün şəkildə qəbul etmək, son istifadə tarixi, sayı, kütləsi, fiziki görünüşü və sifarişdə qeyd olunan məlumatlara uyğunluğunu yoxlamaq və aşkar olunan problemlər barədə rəhbərliyə məlumat vermək;
- Malları qəbul edərkən müvafiq şöbənin məsul şəxslərini çağırmaqla qəbul olunan malların məqbul keyfiyyətdə və sifarişə uyğun olmasından tam əmin olmaq;
- Çatdırılan malların verilmiş sifarişlərə uyğunluğunu yoxlamaq;
- Sənəd və fakturalardakı bütün məlumatları vaxtlı-vaxtında kompüterdə və qeydiyyat jurnallarında yeniləmək;
- Anbar ərazisinə daxil olan yük maşınlarının qeydiyyatını aparmaq, yoxlama vərəqini (çeklist) doldurmaq, qəbul prosesini sənədləşdirmək və məsul şəxsə göndərmək;
- Qida təhlükəsizliyi standartlarına uyğun olmayan və geri göndərilən məhsulları aktlaşdırmaq;
- Mərkəzi anbardan və təchizatçılardan gələn nəqliyyat vasitələrinə malları SƏTƏM qaydalarına uyğun şəkildə yükləmək və boşaldaraq anbara təlimat üzrə yerləşdirmək;
- Mal və məhsulların itkisinə yol verməmək, daşınarkən malların zədələnməməsinə diqqət etmək;
- Şöbələrə göndərilməyən ehtiyat malları SƏTƏM və təlimat qaydalarına uyğun şəkildə, istifadə müddətinin artan sırası gözlənilməklə (FİFO) anbarın rəflərinə yığmaq və boş paletləri furqonlara yükləmək;
- Malları SƏTƏM qaydaları üzrə anbardan götürmək və müvafiq şöbə əməkdaşlarına təhvil vermək;
- Vəzifə ilə bağlı işçiyə təhkim edilən yükqaldırma və yükdaşıma avadanlıqlarından SƏTƏM qaydalarına riayət olunmaqla təlimatda göstərildiyi şəkildə istifadə etmək;
- Anbar ərazisinin təmiz saxlanılmasına və SƏTƏM qaydalarına ciddi riayət etmək;
- Vəzifə ilə bağlı olan və əlavə SƏTƏM təlimatları tələb etməyən digər işləri həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
- Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğsuzluqlar barədə məsul şəxslərə məlumat vermək;
Vəzifə üzrə öhdəliklər:
- Orta və ya orta ixtisas təhsili (logistika, ticarət, anbar uçotu üstünlükdür)
- Anbar uçotu və sənədləşmə barədə baza biliklər
- Qida təhlükəsizliyi və SƏTƏM (əməyin təhlükəsizliyi) qaydaları üzrə anlayış
- Anbar, qəbul, logistika və ya oxşar sahədə təcrübə (adətən 1–2 il üstünlük sayılır)
- Malların qəbul-təhvil prosesində işləmə təcrübəsi
- Kompüter bilikləri (xüsusilə Excel)
- Elektron və kağız sənədlərlə işləmə bacarığı
- Çeklist, faktura və uçot sənədlərini düzgün doldurma
- Diqqətlilik və detallara həssaslıq (sayı, çəki, tarix, keyfiyyət yoxlanışı üçün)
- Malların düzgün yerləşdirilməsi və daşınması
- Fiziki dözümlülük (yük qaldırma və daşınma işləri olduğu üçün)
- Anbar şəraitində işləməyə uyğunluq (soyuq/isti mühitlər daxil ola bilər)
- Məsuliyyətlilik və intizamlılıq
- Komanda ilə işləmə bacarığı
- Operativlik və stres altında işləmək bacarığı
- Rəhbər göstərişlərinə dəqiq əməl etmək
Əmək şəraiti:
- İş qrafiki: 08:00 – 17:00 (6 günlük)
- Əmək haqqı: 630 Azn net + 40 manat yemək kartı
- İş yeri: Şüvəlan qəsəbəsi, Bravo Market
Müraciət qaydası: Maraqlanan namizədlər öz CV-lərini “Malların qəbulu və anbar üzrə köməkçi” mövzusu ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.