Mexaniki avadanlıqların(HVAC) texniki xidməti üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mexaniki avadanlıqların(HVAC) texniki xidməti üzrə mütəxəssis

  • Deadline 23 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Öhdəliklər:

  • Bir neçə obyekt (mağaza) üzrə bütün havalandırma,isitmə-soyutma  avadanlıqların istismar bütövlüyünü, optimal fəaliyyətini və düzgün işləməsini təmin etmək.
  • HVAC, VRV, Rooftop və Split sistemlərinin quraşdırılması, texniki xidməti və təmiri.
  • Sistemlərin düzgün işləməsini təmin etmək üçün mütəmadi yoxlamaların aparılması.
  • Nasazlıqların diaqnostikası və aradan qaldırılması.
  • Enerji səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması.
  • Fövqəladə hallar zamanı operativ müdaxilə və texniki dəstək göstərilməsi
  • Avadanlıqların planlı və planlaşdırılmamış baxışlarını həyata keçirməklə, aşınma, nasazlıq və digər istismar problemlərini vaxtında aşkar etmək.
  • Mexaniki və texniki nasazlıqları dəqiq şəkildə diaqnoz etmək və operativ şəkildə səmərəli təmir işlərini yerinə yetirmək.
  • HVAC sistemlərinin (istilik, havalandırma və kondisioner) infrastrukturun kompleks texniki xidmətini həyata keçirmək.
  • Avadanlığın sıradan çıxma müddətini minimuma endirmək və istifadə müddətini uzatmaq məqsədilə istehsalçıların tövsiyələrinə və daxili standartlara əsaslanan profilaktik texniki xidmət proqramlarını həyata keçirmək.
  • Fövqəladə hallar və sistem nasazlıqları zamanı dərhal texniki reaksiya göstərmək və xidməti tez bir zamanda bərpa etmək.
  • Yeni mexaniki və texniki avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi prosesində fəal iştirak etmək.
  • Sistemlərin işə salınması və performans testləri zamanı yerində texniki dəstək göstərmək.
  • Müxtəlif əl və elektrik alətlərindən gündəlik iş zamanı təhlükəsiz və səmərəli şəkildə istifadə etmək.
  • Yükləyicilər, qayçı tipli qaldırıcılar, avtoqaldırıcılar və mini-yükləyicilər (bobcat) kimi ağır sənaye texnikasını təhlükəsiz şəkildə idarə etmək və istifadə etmək.
  • Şirkətə məxsus xidməti nəqliyyat vasitələrini materialların, alətlərin və avadanlıqların obyektlərə və geri daşınması üçün idarə etmək.
  • Nəqliyyat vasitəsinin daim işlək vəziyyətdə qalması üçün onun mütəmadi yoxlanılmasını, texniki xidmətini və planlı təmirini təmin etmək.
  • Bütün alət və materialların daşınması və saxlanılması zamanı onların zədələnməsinin və itkisinin qarşısını almaq üçün təhlükəsiz və səliqəli qaydada təşkilini təmin etmək.

Tələblər:

  • Əsas mexaniki və/və ya elektromexanika texnologiyası sahəsində bilik, təyinatları uğurla tamamlamaq bacarığı;
  • Ümumi əl aləti və/və ya mexaniki emalatxana sahəsində bilik;
  • Aşağıdakı sahələrdən istənilən birində texniki bilik və bacarıq: istehsal, yığım, emal, qaynaq, quraşdırma, qurulma, əməliyyat, test, yoxlama, nasazlığın aradan qaldırılması bacarığı;
  • Elektrik sxemlərini, qrafikləri, diaqramları və cizgi kağızlarını oxumaq bacarığı;
  • Elektrik naqillərini rənginə görə müəyyən etmək bacarığı;
  • Operativ nəzarət və tənqidi düşüncə bacarığı.
  • Keçərli sürücülük vəsiqəsi və alətlərin, materialların və avadanlıqların daşınması üçün şirkətin nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək bacarığı. 
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına “Mexaniki avadanlıqların(HVAC) texniki xidməti üzrə mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly462
  • Monthly466