A Azerbaijan United Careers
  • 966

Azerbaijan United Careers

Peşəkar xidmətlər

Kiçik Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik Mühasib

  • Deadline 5 İyun 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Vergi və Əmək qanunvericiliyi üzrə nəzəri biliklərə malik olmaq;
  • Sahə üzrə 1 ilədək təcrübə;
  • Microsoft Excel və 1C proqramlarında sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:  

  • Şirkətin göstərdiyi xidmət istiqamətlərinə (görülən iş, göstərilən xidmətlərlə bağlı) görə tərtib edilmiş təsdiqedici sənədlərin təsdiqli formada mühaisbatlığa təqdim edilməsinin izlənməsi;
  • Alışlar üzrə kontragentlərdən gələn  e-qaimələrin yoxlanması , müvafiq strukturlardan təsdiq alınması;
  • Bank ödənişlərinin icra edilməsi;
  • İcra edilən maliyyə-təsərrüfat əməliyyatlarının (bank ödənişləri , e-qaimə, alışlar, satışlar, əmək haqqı və s) gündəlik 1 C proqram bazasında düzgün əks etdirilməsi  və 1 C -də müvafiq hesablarının qalıqlarına  nəzarət;
  • Əmək haqqı ilə bağlı işlər-əmək haqqı ödənişləri, xəstəlik vərəqələri iləı bağlı işlər, əməkdaşlara əmək haqqı kart hesablarının sifarişi;
  • Debitor və kreditorlarla üzləşmələrin edilməsi, üzləşmə aktlarının qarşılıqlı təsdiqlənməsinin təqibi və nəzarəti;
  • Online kargüzarlıq sisteminin müntəzəm olaraq yoxlanması, vergi orqanlarından  və digər vergi ödəyicilərindən gələn məktubların cavablandırılması;
  • 1C proqram bazasına müvafiq xərc maddələri və hesablarda əks etdirilməsi.

İş şərtləri:

  • Əmək haqqı: 637-731 AZN;
  • İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);   
  • Servis xidməti.   

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik Mühasib” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily211
  • Weekly372
  • Monthly1117