Azərbaycan Dəmir Yolları Azərbaycan Dəmir Yolları
  • 229

Sərnişin vaqon bələdçisi

  • Deadline 17 August 2026

Vəzifə öhdəlikləri:

  • Səfərə başlamazdan əvvəl vaqona daxili və xarici baxış keçirmək, texniki, sanitar və təhlükəsizlik baxımından hazır vəziyyətdə olmasını yoxlamaq.
  • Vaqonda qapılar, oturacaqlar, sanitar qovşaqları, su və gigiyena vasitələri, yanğın təhlükəsizliyi avadanlıqları və digər avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək.
  • Vaqonun isitmə, havalandırma, kondisioner, elektrik və digər mühəndis sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək.
  • Mövsümə uyğun olaraq isitmə sisteminin fasiləsiz fəaliyyətini və tələb olunan yanacaq ehtiyatının mövcudluğunu təmin etmək.
  • İlkin tibbi yardım çantasının, təmizləmə inventarlarının və digər zəruri ləvazimatların tamlığını yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək.
  • Sərnişinlərin biletlərini və zəruri hallarda şəxsiyyətini təsdiq edən sənədlərini yoxlamaq, onların vaqonda müvafiq yerlərdə əyləşdirilməsini təmin etmək.
  • Təhlükəsizlik qaydalarına uyğun olaraq qadağan olunmuş əşyaların daşınmasının qarşısını almaq, baqaj və ev heyvanlarının müəyyən olunmuş qaydalara uyğun daşınmasına nəzarət etmək.
  • Sərnişinlərə yüksək xidmət göstərmək, onların təhlükəsiz və rahat səfərini təmin etmək.
  • Səfər müddətində vaqonun təmizliyinə, sanitar-gigiyenik vəziyyətinə və komfortlu temperatur rejiminə daim nəzarət etmək.
  • Yataq yerləri olan vaqonlarda sərnişinləri yataq dəstləri ilə təmin etmək, ehtiyac yarandıqda yaşlı, əlilliyi olan, xəstə və azyaşlı uşaqları müşayiət edən sərnişinlərə kömək göstərmək.
  • Sərnişinləri qatarın dayanacaqları, dayanma müddəti və digər zəruri məlumatlar barədə vaxtında məlumatlandırmaq.
  • Səfər başa çatdıqdan sonra vaqonu təhvil vermək, istifadə olunmuş materialların uçotunu aparmaq və müəyyən edilmiş qaydada təhvil vermək.
  • Növbəli iş qrafiki (daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan).

Tələblər:

  • Təhsil səviyyəsi: Ümumi orta təhsil;
  • Xarici dil bilikləri: Rus və ya ingilis dili biliyi üstünlükdür; 
  • Diqqətlilik;
  • Müştəri yönümlülük;
  • Şifahi ifadə;
  • Peşəkar ehtiyatlılıq;
  • Problem həll etmə bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily111
  • Weekly594
  • Monthly1658