Vəzifə öhdəlikləri:
- Səfərə başlamazdan əvvəl vaqona daxili və xarici baxış keçirmək, texniki, sanitar və təhlükəsizlik baxımından hazır vəziyyətdə olmasını yoxlamaq.
- Vaqonda qapılar, oturacaqlar, sanitar qovşaqları, su və gigiyena vasitələri, yanğın təhlükəsizliyi avadanlıqları və digər avadanlıqların saz vəziyyətdə olmasını təmin etmək.
- Vaqonun isitmə, havalandırma, kondisioner, elektrik və digər mühəndis sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək.
- Mövsümə uyğun olaraq isitmə sisteminin fasiləsiz fəaliyyətini və tələb olunan yanacaq ehtiyatının mövcudluğunu təmin etmək.
- İlkin tibbi yardım çantasının, təmizləmə inventarlarının və digər zəruri ləvazimatların tamlığını yoxlamaq, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək.
- Sərnişinlərin biletlərini və zəruri hallarda şəxsiyyətini təsdiq edən sənədlərini yoxlamaq, onların vaqonda müvafiq yerlərdə əyləşdirilməsini təmin etmək.
- Təhlükəsizlik qaydalarına uyğun olaraq qadağan olunmuş əşyaların daşınmasının qarşısını almaq, baqaj və ev heyvanlarının müəyyən olunmuş qaydalara uyğun daşınmasına nəzarət etmək.
- Sərnişinlərə yüksək xidmət göstərmək, onların təhlükəsiz və rahat səfərini təmin etmək.
- Səfər müddətində vaqonun təmizliyinə, sanitar-gigiyenik vəziyyətinə və komfortlu temperatur rejiminə daim nəzarət etmək.
- Yataq yerləri olan vaqonlarda sərnişinləri yataq dəstləri ilə təmin etmək, ehtiyac yarandıqda yaşlı, əlilliyi olan, xəstə və azyaşlı uşaqları müşayiət edən sərnişinlərə kömək göstərmək.
- Sərnişinləri qatarın dayanacaqları, dayanma müddəti və digər zəruri məlumatlar barədə vaxtında məlumatlandırmaq.
- Səfər başa çatdıqdan sonra vaqonu təhvil vermək, istifadə olunmuş materialların uçotunu aparmaq və müəyyən edilmiş qaydada təhvil vermək.
- Növbəli iş qrafiki (daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan).
Tələblər:
- Təhsil səviyyəsi: Ümumi orta təhsil;
- Xarici dil bilikləri: Rus və ya ingilis dili biliyi üstünlükdür;
- Diqqətlilik;
- Müştəri yönümlülük;
- Şifahi ifadə;
- Peşəkar ehtiyatlılıq;
- Problem həll etmə bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.