A Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • 382

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Təhsil

Elmmetriya və analitik ekspertiza üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elmmetriya və analitik ekspertiza üzrə mütəxəssis

  • Deadline 30 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Müvafiq sahədə bakalavr, magistr və/və ya doktorantura dərəcəsi (məsələn, təbiət elmləri, mühəndislik, sosial elmlər, humanitar elmlər və s.); 
  • Elmi tədqiqat təcrübəsinə malik olmaq (nəşrlər, konfrans iştirakları, layihələr və s.);
  • Elmi dərəcə (PhD) üstünlük təşkil edə bilər;
  • Elmi fəaliyyət və tədqiqat sahəsində iş təcrübəsi (məsələn, laboratoriya rəhbərliyi, layihə idarəetməsi, qrant proqramlarında iştirak);
  • Akademik mühitdə (universitetlərdə və ya elmi institutlarda) işləmə təcrübəsi;
  • Beynəlxalq əməkdaşlıq və ya beynəlxalq tədqiqat layihələrində iştirak üstünlükdür;
  • Tədqiqat bacarıqları: Elmi tədqiqat metodları və analitik yanaşmalar üzrə bilik;
  • Layihələrin idarə olunması: Qrantların hazırlanması, layihələrin maliyyələşdirilməsi və idarə olunması;
  • Kompyuter bacarıqları: Ofis proqramları, beynəlxalq xülasələndirmə və indeksləmə bazaları (Web of Science, Scopus, Researchgate, google Scholar, Orcid və.s.) ilə işləmə, məlumat analizi və elmi hesabatların hazırlanması;
  • Ünsiyyət bacarıqları: Akademik yazı və təqdimat qabiliyyəti;
  • Azərbaycan dili (rəsmi sənədlər və daxili ünsiyyət üçün), İngilis dili (elmi məqalələrin yazılması, beynəlxalq layihələr və xarici əməkdaşlıq üçün),Rus dili bilikləri əlavə üstünlük ola bilər;
  • Analitik düşüncə və problemləri həll etmə qabiliyyəti;
  • Komanda ilə işləmə və əməkdaşlıq bacarığı;
  • İnnovativ yanaşma və yeniliklərə açıqlıq;
  • Yüksək etik dəyərlərə və peşəkarlığa malik olmaq;
  • Beynəlxalq elmi nəşrlərin olması (Scopus, Web of Science indeksli jurnallarda məqalələr üstünlükdür);
  • Akkreditasiya prosesləri və elmi fəaliyyətin idarə olunması üzrə bilik;
  • Universitetin strategiya və missiyasına uyğun elmi və akademik fəaliyyət göstərmək.

İşin təsviri:

  • Elmmetriya sahəsində məlumatların toplanması, emalı və təhlili;
  • Elmi fəaliyyətin nəticələrinin analizi və hesabatların hazırlanması;
  • Elmi tədqiqatların beynəlxalq elmi bazalarda qiymətləndirilməsi;
  • Universitetin elmi fəaliyyətinin inkişaf etdirilməsi üçün analitik təkliflərin hazırlanması;
  • Elm və tədqiqat sahəsində beynəlxalq trendlərin izlənilməsi və tətbiqi;
  • Məlumat bazalarının idarə olunması və yenilənməsi;
  • Müvafiq sahədə strategiyaların hazırlanmasında iştirak.

Müraciət üçün tələb olunan sənədlər:

  • tərcümeyi-hal CV;
  • ali təhsili təsdiq edən sənədlərin surəti;
  • dərc olunmuş elmi məqalələrin siyahısı;
  • müşayiətedici məktub (motivasiya, – maksimum 500 söz);
  • tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.

Maraqlananlar mail ünvanına sənədlərini göndərə bilər.

  • Daily0
  • Weekly696
  • Monthly1519