Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina) Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina)
  • 388
Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina)

Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina)

Financial & Insurance Activities , Financial Services & Fintech

Aparıcı Mütəxəssis

  • Deadline 12 December 2026

Azərbaycan Fintex Assosiasiyası İctimayi Birliyi (Azfina) komandasına Aparıcı Mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. 

Əsas vəzifə öhdəlikləri

  • Assosiasiyanın layihə, proqram, tədbir və digər fəaliyyətləri üzrə iş planlarının və fəaliyyət qrafiklərinin hazırlanmasını, icrasını və monitorinqini həyata keçirmək;
  • Müvafiq fəaliyyətlər üzrə iştirakçıların, üzvlərin və tərəfdaşların cəlb edilməsini və müəyyən edilmiş müddətlərə riayət olunmasını təmin etmək;
  • Layihə və proqramların icrası zamanı yaranan təşkilati məsələləri, riskləri və gecikmələri müəyyənləşdirmək, onların həlli üzrə müvafiq tədbirlər görmək;
  • Assosiasiyanın tədbir, təlim, seminar, işgüzar görüş və maarifləndirmə təşəbbüslərinin təşkilini və həyata keçirilməsini təmin etmək;
  • Fintex sektoru üzrə araşdırmaların, analitik hesabatların və digər tədqiqat təşəbbüslərinin icrasını, məlumatların toplanması prosesini və nəticələrin vaxtında hazırlanmasını təmin etmək;
  • Layihə və digər fəaliyyətlər üzrə büdcə icrasını və resurslardan istifadəni izləmək, icra vəziyyəti və əldə edilmiş nəticələr barədə rəhbərliyə mütəmadi məlumat vermək;
  • Həyata keçirilən fəaliyyətlər üzrə hesabatları, təqdimatları və digər sənədləri hazırlamaq;
  • Layihə reyestrini, fəaliyyət və tədbir təqvimini, iş planlarını və müvafiq sənədləri aktual saxlamaq;
  • Fəaliyyətlərin nəticələrinin qiymətləndirilməsini, iştirakçı və tərəfdaş rəylərinin toplanmasını və gələcək təşəbbüslərin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Namizədə tələblər

Təhsil və iş təcrübəsi

  • Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, dövlət və ictimai idarəetmə, beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə;
  • Layihələrin idarə edilməsi, proqramların koordinasiyası, tədbirlərin təşkili və ya əlaqəli sahələrdə minimum 2 il iş təcrübəsi;
  • Layihə planlarının, iş qrafiklərinin və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
  • İctimai Birliklərdə tərəfdaşlarla əməkdaşlıq, tədbirlərin təşkili və ya araşdırmaların koordinasiyası sahəsində təcrübə üstünlükdür.

Peşəkar bilik və bacarıqlar

  • Layihələrin planlaşdırılması, koordinasiyası və icrasının monitorinqi üzrə biliklər;
  • İş planlarının, təqdimatların, hesabatların və rəsmi yazışmaların aparılması bacarığı;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Məlumatların toplanması, sistemləşdirilməsi və təhlili üzrə bacarıqlar;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dilində işgüzar yazışma və peşəkar materiallarla işləmək bacarığı;
  • Rus dili və ya digər xarici dilləri bilmək üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
  • Planlaşdırma, vaxtın idarə edilməsi və prioritetləri müəyyənləşdirmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
  • Müstəqil işləmək və eyni zamanda komanda ilə əməkdaşlıq etmək bacarığı;
  • Problemləri müəyyənləşdirmək və praktik həll yolları təklif etmək bacarığı;
  • Üzvlər, tərəfdaşlar və müxtəlif maraqlı tərəflərlə peşəkar ünsiyyət qurmaq bacarığı;
  • Təşəbbüskarlıq və nəticəyönümlülük.

Biz təklif edirik

  • Fintex sektorunun inkişafına töhfə verən layihə və təşəbbüslərdə iştirak;
  • Yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanları;
  • Peşəkar inkişaf və yeni biliklərin əldə edilməsi üçün imkanlar.

Əmək haqqı: 1000-1500 Azn

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

  • Daily48
  • Weekly309
  • Monthly888