Departament: Rəqəmsallaşdırma Departamenti
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- Yeni funksionallıqların hazırlanması və mövcud sistemlərin inkişaf etdirilməsi
- Kodun optimallaşdırılması və performansın artırılması
- API-lərin hazırlanması və inkişaf etdirilməsi
- Testlərin yazılması və proqram təminatının keyfiyyətinin təmin edilməsi
- Texniki sənədlərin hazırlanması və saxlanılması
Tələb olunan təhsil və iş təcrübəsi:
- Java 17+ və Spring Boot (3.x) ilə ən azı 1 illik təcrübə;
- PostgreSQL və JPA/Hibernate ilə işləmə təcrübəsi
- Kafka və event-driven sistemlərlə tanışlıq
- Docker, Git, və CI/CD proseslərinə bələd olmaq
- Təmiz kod yazmağa və öyrənməyə motivasiya
- CI/CD proseslərinin qurulması üzrə təcrübə
Üstünlük verilən əlavə bilik və bacarıqlar:
- Debezium, MinIO, və Keycloak ilə təcrübə
- Event sourcing və ya domain-driven design anlayışı
- Performans optimizasiyası və sistem monitorinqi üzrə biliklər
- Mikroservis arxitekturası və RESTful API dizayn prinsiplərini bilmək
- Grafana, Prometheus, Loki kimi müşahidə alətləri ilə tanışlıq
Digər bacarıqlar:
- Problemləri analiz etmək və effektiv həll yolları tapmaq bacarığı
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi
- Komandada işləmək bacarığı və yaxşı ünsiyyət qurmaq qabiliyyəti
- Məsuliyyətli və nəticəyönümlü yanaşma
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Junior Backend Developer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.