Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşdırma Departamentinə Junior Project Manager axtarılır.
Departament: Rəqəmsallaşdırma Departamenti
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- Software layihələləri çərçivəsində maraqlı tərəflərlə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi
- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi və tərəflərlə razılaşdırılması
- İT biznes proseslərinin diaqram və sxemlər əsasında vizual təsviri (BPMN əsasında proses diaqramları, Use Case-lərin hazırlanması)
- Toplanmış və təhlil edilmiş məlumat əsasında İT həllərin işlənib hazırlanması
- Müxtəlif növ hesabat və dashboard-ların hazırlanması
- Biznes tələbləri əsasında texniki tapşırıqların (TT) hazırlanması
- Tələblərin prioritetləşdirilməsi, “tapşırıqlar hovuzunun” formalaşdırılması, ilkin icra planının hazırlanması və deadline-ların müəyyən edilməsi
- Proqramçılar, layihə menecerləri və digər əlaqədar şəxslərlə əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək
- Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması
- Layihənin keyfiyyətinə, zamanına və büdcəsinə nəzarət prosesində iştirak etmək
- İT komanda və istifadəçilər üçün təlimlərin keçirilməsi və təqdimatların hazırlanması
Tələb olunan təhsil və iş təcrübəsi:
- Proqram təminatı layihələrində minimum 1 il İT Biznes Analitik və ya Məhsul Sahibi kimi iş təcrübəsi
- Task management alətləri ilə iş təcrübəsi
- MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür)
- Orta səviyyə UI/UX bilikləri
- Texniki tapşırıq (TT) və proses modelləri (BPMN) hazırlamaq bacarığı
- Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı
- Operativ qərarvermə bacarığı və punktuallıq
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (texniki sənədləri anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə)
- Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları
Üstünlük verilən əlavə bilik və bacarıqlar:
- Test management alətləri ilə təcrübə
- Jira və ya oxşar bug tracking sistemləri ilə işləmə bacarığı
- Orta səviyyə API və SQL (PostgreSQL) bilikləri
- AGILE, SCRUM bilikləri və komanda ilə iş təcrübəsi
Digər bacarıqlar:
- Problemləri analiz etmək və effektiv həll yolları tapmaq bacarığı
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi
- Komandada işləmək bacarığı və yaxşı ünsiyyət qurmaq qabiliyyəti
- Məsuliyyətli və nəticəyönümlü yanaşma
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Junior Project Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.