Azərbaycan Kredit Bürosu Azərbaycan Kredit Bürosu
  • 1.3K

Junior Project Manager

  • Истекает 2 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşdırma Departamentinə Junior Project Manager axtarılır.

Departament: Rəqəmsallaşdırma Departamenti

Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:

  • Software layihələləri çərçivəsində maraqlı tərəflərlə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi
  • Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi və tərəflərlə razılaşdırılması
  • İT biznes proseslərinin diaqram və sxemlər əsasında vizual təsviri (BPMN əsasında proses diaqramları, Use Case-lərin hazırlanması)
  • Toplanmış və təhlil edilmiş məlumat əsasında İT həllərin işlənib hazırlanması
  • Müxtəlif növ hesabat və dashboard-ların hazırlanması
  • Biznes tələbləri əsasında texniki tapşırıqların (TT) hazırlanması
  • Tələblərin prioritetləşdirilməsi, “tapşırıqlar hovuzunun” formalaşdırılması, ilkin icra planının hazırlanması və deadline-ların müəyyən edilməsi
  • Proqramçılar, layihə menecerləri və digər əlaqədar şəxslərlə əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək
  • Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması
  • Layihənin keyfiyyətinə, zamanına və büdcəsinə nəzarət prosesində iştirak etmək
  • İT komanda və istifadəçilər üçün təlimlərin keçirilməsi və təqdimatların hazırlanması

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Proqram təminatı layihələrində minimum 1 il İT Biznes Analitik və ya Məhsul Sahibi kimi iş təcrübəsi
  • Task management alətləri ilə iş təcrübəsi
  • MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür)
  • Orta səviyyə UI/UX bilikləri
  • Texniki tapşırıq (TT) və proses modelləri (BPMN) hazırlamaq bacarığı
  • Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı
  • Operativ qərarvermə bacarığı və punktuallıq
  • Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (texniki sənədləri anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə)
  • Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları

Üstünlük verilən əlavə bilik və bacarıqlar:

  • Test management alətləri ilə təcrübə
  • Jira və ya oxşar bug tracking sistemləri ilə işləmə bacarığı
  • Orta səviyyə API və SQL (PostgreSQL) bilikləri
  • AGILE, SCRUM bilikləri və komanda ilə iş təcrübəsi

Digər bacarıqlar:

  • Problemləri analiz etmək və effektiv həll yolları tapmaq bacarığı 
  • Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi 
  • Komandada işləmək bacarığı və yaxşı ünsiyyət qurmaq qabiliyyəti 
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma

Maraqlanan namizədlər CV-lərini mövzu olaraq Junior Project Manager qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly590
  • Monthly1886