Azərbaycan Kredit Bürosu Azərbaycan Kredit Bürosu
  • 1.2K

Azərbaycan Kredit Bürosu

Kapital bazarı , Maliyyə xidmətləri

Leading Frontend Developer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Leading Frontend Developer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AKB 250-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşma departamentinə  Leading Frontend Developer axtarılır. 

Vakansiya haqqında:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  • Müraciət üçün son tarix: 30.11.2024

Əsas vəzifə və öhdəliklər:

  • Yeni funksiyaların layihələndirilməsi və komanda ilə əməkdaşlıq.
  • Sınaqdan keçirilə bilən və təkrar istifadə edilə bilən kodların yazılması.
  • Kod təhlillərində iştirak və komanda üzvlərinə konstruktiv rəy bildirilməsi.
  • Proqram təminatında yaranan çatışmazlıqların qısa müddətdə aradan qaldırılması.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Təhsil: Kompüter elmləri, proqram təminatı mühəndisliyi və ya müvafiq sahələrdə bakalavr dərəcəsi.
  • Proqramlaşdırma dilləri: JavaScript (ECMAScript 6), TypeScript, Vue, Nuxt.js, HTML/CSS.
  • Alətlər və texnologiyalar: GIT, Node.js, NPM, Webpack, Rollup, Vite; Docker və Kubernetes üzrə əsas biliklər; GitLab.
  • Dizayn və UI: Tailwind CSS və Figma ilə iş təcrübəsi.

Tələb olunan bacarıqlar:

  • Vue və Nuxt.js istifadə edərək responsiv frontend kod yazmaq.
  • Fərdi UI komponentləri yazmaq və mövcud UI kitabxanaları ilə işləmək.
  • Kod optimizasiyası və web performansının yaxşılaşdırılması.
  • Test və debugging bacarıqları.
  • Agile metodologiyası və Jira təcrübəsi.
  • Tələblərin analiz edilməsi və uyğun test hallarının hazırlanması.

Üstünlük verilən əlavə bilik və bacarıqlar:

  • React ilə iş təcrübəsi.
  • Frontend testləri üzrə təcrübə (Cypress, Jest, Vue Test Utils, React Testing Library).

Digər bacarıqlar:

  • Peşəkarlıq və məsuliyyətlilik.
  • Vaxtın idarə edilməsi.
  • Dinamik komandada işləmə bacarığı.
  • Təşəbbüskarlıq və problemi həll etmə.

Müraciət üçün: CV-nizi “ Leading Frontend Developer” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily72
  • Weekly350
  • Monthly1993