Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- Biznes strukturlarından daxil olan kompleks sorğuların çevik və effektiv şəkildə cavablandırılması;
- Biznesin tələblərinə uyğun yeni hesabat sistemlərinin dizaynı və qurulması, mövcud hesabatların performans və struktural optimizasiyası;
- Verilənlər bazası səviyyəsində analitik modellərin və hesabat mexanizmlərinin hazırlanmasında iştirak;
- Hazır proqram təminatlarına modul səviyyəsində dəyişikliklər və yeni funksionallıqların əlavə edilməsi;
- Mövcud PL/SQL kodlarının və SQL sorğularının davamlı şəkildə gözdən keçirilməsi, performans analizinin aparılması və optimallaşdırılması;
- Proseslərin avtomatlaşdırılması üzrə ETL axınlarının yaradılması və texniki reallaşdırma işlərində aktiv iştirak;
- Yeni və ya dəyişdirilmiş biznes proseslərinin proqram təminatında test ssenarilərinin hazırlanması və ilkin sınaqların icrası;
- Sistem və servislərin müxtəlif mühitlərdə (test, prod və s.) sabit və etibarlı işləməsinin təmin olunması;
- Məlumatların emalı, saxlanması və ötürülməsi zamanı məxfilik, təhlükəsizlik və konfidensiallıq prinsiplərinə əməl edilməsi;
- Layihə və proses modellərinin hazırlanmasında BPMN (Business Process Model and Notation) alətləri ilə işləmə bacarığının tətbiqi
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil (Kompüter mühəndisliyi, İnformatika, Tətbiqi riyaziyyat və ya oxşar ixtisaslar);
- Oracle verilənlər bazalarının idarə olunması və PL/SQL proqramlaşdırması üzrə ən azı 1 il iş təcrübəsi;
- PostgreSQL və digər verilənlər bazaları üzrə bilik və təcrübə üstünlük sayılır;
- Kompleks SQL sorğuları və PL/SQL prosedur, funksiya, paketlərin hazırlanması, optimallaşdırılması və debug proseslərində təcrübə;
- JSON, XML strukturunda məlumatların emalı üzrə biliklər;
- SOAP və REST API-lərlə işləmə bacarığı, sistem inteqrasiyası üzrə real layihə təcrübəsi;
- Analitik və sistematik düşüncə qabiliyyəti, təşəbbüskarlıq və detallara diqqətlilik;
- Yeni texnologiyaları öyrənmək və tətbiq etməkdə motivasiya və davamlı inkişaf meyli.
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “PL/SQL Developer” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.