“Azərbaycan Mikro-Kredit BOKT” ASC Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi vəzifəsinə işçi axtarışı elan edir.
İş şəraiti
- İşəgötürən: “Azərbaycan Mikro-Kredit BOKT” ASC
- Bölgə: Bakı şəhəri.
- İş günləri Bazar ertəsi – Şənbə
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Daxili nəzarət, monitorinq, kredit, təhlükəsizlik və ya oxşar sahələrdə iş təcrübəsi arzuolunandır;
- Kamera müşahidə sistemləri ilə işləmək bacarığı üstünlükdür;
- Təşkilatın daxili qaydaları ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Diqqətlilik, ehtiyatlılıq və yüksək dəqiqlik;
- Analitik düşüncə və müşahidə qabiliyyəti;
- Məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Məxfi məlumatların qorunması və xidməti informasiyanın konfidensiallığına riayət etmək bacarığı;
- Stressə davamlılıq və komandada işləmək bacarığı.
İşin təsviri:
- Təşkilatın filial və struktur bölmələrində həyata keçirilən kredit və digər əməliyyatlara kamera müşahidəsi vasitəsilə gündəlik nəzarət etmək;
- Kamera görüntüləri və təqdim edilmiş məlumatlar əsasında riskləri, prosedur pozuntularını, şübhəli və uyğunsuz halları müəyyən etmək;
- Aşkar edilmiş pozuntu və uyğunsuzluqları sənədləşdirmək, aidiyyəti rəhbərliyə məlumat vermək və nəticələr barədə hesabatlar hazırlamaq;
- Rəhbərliyin sorğusu əsasında kamera görüntülərinə baxış keçirmək, müəyyən edilmiş hallar üzrə araşdırma aparmaq və nəticələri təqdim etmək;
- Təşkilatın daxili təlimat və qaydalarına uyğunsuzluq və riskli hallar aşkar edildikdə rəhbərliyin diqqətinə çatdırmaq;
- Müəyyən edilmiş dövriliklə rəhbərliyə görülmüş işlər və aşkar edilmiş hallar barədə hesabatlar təqdim etmək;
Biz nə təklif edirik?
- Əmək müqaviləsinin rəsmiləşdirilməsi;
- Minimum əməkhaqqı təminatı və nəticəyə əsaslanan əlavə mükafatlandırma;
- Peşəkar inkişaf və iş təcrübəsinin artırılması imkanı;
- Korporativ və peşəkar mühitdə çalışma;
- Şirkətin daxili nəzarət və monitorinq sisteminin inkişafında iştirak imkanı
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində bölgəyə uyğun olaraq “Kamera müşahidəsi üzrə daxili nəzarət işçisi” qeyd etməklə göndərə bilər.