Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
  • 679

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

Digər

Keyfiyyət üzrə daxili audit şöbəsinin mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyət üzrə daxili audit şöbəsinin mütəxəssisi

  • Deadline 3 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizəd üçün tələblər:

  • Kimya, analitik kimya və ya kimya mühəndisliyi üzrə magistr səviyyəsində ali təhsil; 
  • Laboratoriya və analitik kimya sahəsində minimum 3 il fasiləsiz iş təcrübəsi;
  • Kimyəvi, fiziki-kimyəvi və instrumental analiz metodları üzrə dərin nəzəri və praktiki biliklər;
  • Laborator cihazların (UV-Spektrofotometr, ICP MS, HPLC, GC, LC-MS və s.) quruluşu, iş prinsipi; kalibrlənməsi, texniki qulluq qaydaları üzrə biliklər; 
  • Metodların validasiyası, verifikasiyası, ölçmələrin qeyri-müəyyənliyinin hesablanması, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üzrə təcrübə; 
  • Daxili audit prosesləri, uyğunsuzluqların aşkar edilməsi, kök-səbəb analizi (Root Cause Analysis), risk qiymətləndirilməsi (Risk Assessment) üzrə praktiki bacarıqlar4 
  • ISO/IEC 17025:2017 standartının bütün bölmələri üzrə (idarəetmə tələbləri, texniki tələblər) peşəkar səviyyədə bilik;
  • ISO/IEC 17025 üzrə rəsmi təlim və ya sertifikatın mövcudluğu mütləq tələbdir;
  • Rutin və qeyri-rutin analizlərdə kənarlaşmaların təhlili qabiliyyəti;
  • Keyfiyyətə nəzarət diaqramlarının (QC charts) təhlili və qiymətləndirilməsi;
  • Dəqiqlik, yüksək analitik və texniki düşünmə qabiliyyəti;
  • Məsuliyyətli, operativ və komandada işləmə bacarığı;
  • Rus və ya ingilis dili bilikləri üstünlükdür;
  • MS Office (Excel, Word) proqramları üzrə praktiki bacarıqlar.

Vəzifə öhdəlikləri:

  • İnstitutun tabeliyində fəaliyyət göstərən sınaq laboratoriyalarında AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair tələblər” standartı əsasında qurulmuş keyfiyyət idarəetmə sisteminin effektivliyinin qiymətləndirilməsi məqsədilə həyata keçirilən planlı və plandankənar yoxlamalarda iştirak edir.
  • Daxili yoxlamalar zamanı struktur bölmələrdə və laboratoriyalarda mövcud olan nöqsan və çatışmazlıqları aşkar edir, onları sənədləşdirir və müvafiq qaydada qeydiyyata alır.
  • Keçirilmiş audit yoxlamalarına dair hesabatları müəyyən olunmuş müddətlərə uyğun olaraq hazırlayır və müvafiq şöbə müdirinə təqdim edir.
  • Aşkarlanmış uyğunsuzluqların təkrarlanmaması və ya yenidən baş verməməsi məqsədilə həmin uyğunsuzluqların əsas səbəblərini nəzərdən keçirir, təhlil edir və qiymətləndirir.
  • Laboratoriyaların fəaliyyət istiqamətlərinə uyğun olaraq yeni metodların araşdırılması, seçilməsi və tətbiq edilməsində iştirak edir.
  • Akkreditasiya prosesinə dair tələb olunan sənədlərin hazırlanmasında iştirak edir və laboratoriyaların milli və beynəlxalq akkreditasiyadan keçməsi ilə bağlı tədbirlərin həyata keçirilməsində dəstək göstərir.

Qeyd: Əməkhaqqı müsahibə əsasında müəyyən ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyət üzrə daxili audit şöbəsinin mütəxəssisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur. 

  • Daily91
  • Weekly460
  • Monthly1028