Əmək funksiyaları:
- Kommunikasiya üçün nəzərdə tutulmuş çıxış, məqalə, press-reliz və digər sənədləri hazırlamaq;
- Media, dövlət qurumları və tərəfdaşlarla əlaqələrin qurulmasında iştirak etmək;
- Mətbuatı gündəlik olaraq izləmək, qurumun rəsmi internet saytlarının fəaliyyətinin monitorinqini həyata keçirmək, mətbuat və ictimai sorğuları cavablandırmaq və ya müvafiq şəxsə yönləndirmək;
- Qurum nümayəndələrinin mediada çıxışlarını, mətbuat konfranslarını, brifinqlərini, ictimaiyyətlə görüşlərini təşkil etmək;
- Mətnlərin KİV-də, sosial media hesablarında yerləşdirilməsinə nəzarət etmək, o cümlədən media hesabatlarının hazırlanmasında iştirak etmək;
- İctimaiyyətlə əlaqələr sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;
- İctimaiyyətlə əlaqələr sahəsi ilə bağlı müvafiq proqramlarda, habelə fəaliyyət planının müddəalarından irəli gələn məsələləri icra etmək;
- Qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək.
Namizədə dair tələblər:
- Təhsil: ali təhsil (dövlət və ictimai münasibətlər, ictimaiyyətlə əlaqələr, jurnalistika, kommunikasiya və rəqəmsal media);
- Staj: müvafiq sahə üzrə 1 ildən az olmayaraq əmək stajı;
- Xarici dil: ingilis dili və rus dili səlis bilikli namizədlərə üstünlük verilir;
- Media üçün press-reliz və çıxış mətnləri hazırlamaq bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarığının yüksək səviyyədə olması;
- Fikrini aydın, məntiqli və ictimaiyyət üçün uyğun formada ifadə etmək bacarığı;
- Mətbuat konfransları, brifinqlər və ictimai tədbirlərin təşkili və idarə olunması bacarığı;
- Ünsiyyət, komanda ilə işləmə bacarığı;
- Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı;
- Rəqəmsal kommunikasiya alətlərindən və platformalarından istifadə etmək bacarığı;
- Kommunikasiya və maraqlı tərəflərlə effektiv ünsiyyət bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Rəqəmsal media üzrə mütəxəssis/baş mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.