Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Layihələrin idarə olunması üzrə baş mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Əmək funksiyaları:
- Kənd təsərrüfatı infrastruktur layihələrinin hazırlanması və idarə edilməsində iştirak
- Layihələrin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasına dəstək
- Layihələrin icra qrafiklərinə uyğun monitorinq və hesabatların hazırlanması
- Kənd təsərrüfatı sahəsində beynəlxalq standartların, proqramların, qaydaların və praktikaların tətbiqi ilə bağlı layihələrin hazırlanması və icrasında iştirak
- Aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlıqda iştirak
- Aqroparkların inkişafı və idarə olunması ilə bağlı layihələrdə iştirak
- Nazirliyin digər qurumları ilə qarşılıqlı əlaqəni təmin etmək
Namizədə dair tələblər:
- Təhsil: ali təhsil ( aqrar iqtisadiyyat, aqro mühəndislik, iqtisadiyyat, idarəetmə və əlaqəli ixtisaslar)
- Staj: layihələrin idarəedilməsi üzrə 1-3 ildən az olmayaraq əmək stajı;
- Xarici dil: ingilis dili və rus dili səlis bilikli namizədlərə üstünlük verilir;
- Aqrar sahə üzrə beynəlxalq standartlar ( Global GAP, Halal və s) üzrə biliklər
- MS Office proqramları (MS Project, MS Excel, MS Visio, MS Power Point) üzrə işləmə bacarığı;
- Analitik və yaradıcı düşüncə, təhlil aparmaq bacarığına malik olmaq;
- Ünsiyyət, komanda ilə işləmə bacarığı.
- Problemlərə sistemli yanaşma və qərarvermə qabiliyyəti
- Nəticəyə istiqamətlənmiş, prioritetləri müəyyən edə bilmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “rəqəmsal media üzrə mütəxəssis/baş mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.