Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
  • 1.6K

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

Ərzaq məhsulların istehsalı , Agricultural Products

Protokol üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Protokol üzrə mütəxəssis

  • Deadline 19 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək funksiyaları:

  • Rəsmi görüşlər, tədbirlər, müşavirələr və digər tədbirlərin təşkili və protokol qaydalarına uyğun keçirilməsini təmin etmək;
  • Qonaqların qəbulu, qarşılanması, yerləşdirilməsi və müşayiət olunması prosesini planlaşdırmaq və əlaqələndirmək;
  • Xarici nümayəndə heyətləri ilə yazışmaların, rəsmi məktubların hazırlanmasında iştirak etmək;
  • Dövlət bayramları, anım günləri, yubileylər və digər rəsmi tədbirlərlə bağlı protokol tədbirlərinin keçirilməsini təmin etmək;
  • Qurumun rəhbərliyinin iştirak etdiyi daxili və xarici səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək, həmin səfərlərdə  protokol xidmətini həyata keçirmək;
  • Tədbirlərdə istifadə olunan dövlət rəmzlərinin (bayraq, gerb və s.) düzgün formada təqdim olunmasına nəzarət etmək;
  • Tədbirlər zamanı texniki və inzibati təminat məsələlərinin (zalların hazırlanması, oturma ardıcıllığı, qeydiyyat, tərcümə, hədiyyə protokolu və s.) əlaqələndirilməsində iştirak etmək;
  • Protokol fəaliyyətinə aid hesabatlar, arayışlar və məlumat sənədləri hazırlamaq.

Namizədə dair tələblər:

  • Təhsil: ali təhsil (beynəlxalq münasibətlər, beynəlxalq hüquq, regionşünaslıq, dövlət və ictimai münasibətlər üzrə ali təhsil);
  • Staj: müvafiq sahə üzrə 1 ildən az olmayaraq əmək stajı;
  • Xarici dil: ingilis dili səlis, rus dili yaxşı səviyyədə;
  • Dövlət protokolu qaydaları, etik davranış normaları və rəsmi tədbirlərin keçirilməsi prinsipləri haqqında biliklər;
  • Tədbir və səfərlərin təşkilinə dair inzibati prosedurlar və planlaşdırma bacarığı;
  • Əlaqələrin idarə edilməsi və koordinasiya bacarığı (xarici nümayəndəliklər, dövlət qurumları və tərəfdaş təşkilatlarla işləmək üçün);
  • İşgüzar yazışmaların aparılması bacarığı
  • Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı;
  • Ünsiyyət, komanda ilə işləmə bacarığı.
  • Çeviklik, təşkilatçılıq, problem həll etmə bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “protokol üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily51
  • Weekly152
  • Monthly1331