Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Mərkəzi Bankı
  • 759

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Banks

Analitik

  • Истекает 5 март 2025

Struktur bölmənin adı

  • Kredit təşkilatlarının fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti \ Banklarda stress-testləşmənin təhlili bölməsi

Vəzifənin funksiyaları:

  • Bölmə və şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması;
  • Banklarda daxili kapital və likvidlik qiymətləndirilməsi proqramlarının (İCAAP/İLAAP) tətbiqi üçün prudensial tənzimləmə tələblərinin müəyyən edilməsində iştirak;
  • Stress-testlərin aparılması və modellərin təkmilləşdirilməsi üzrə banklara metodoloji dəstəyin göstərilməsində iştirak;
  • Banklarda stress-testlərin keçirilməsi prosesi üzrə requlyativ tələblər, metodologiya və şablonlar üzrə təkliflər formalaşdırılmasında iştirak;
  • Banklar tərəfindən stress-testlərin aparılması prosesinin, modellərinin, onların uyğunluğunun, nəticələrinin və stress-testlərin bankların risk idarəetməsi prosesində nəzərə alınmasının qiymətləndirilməsində iştirak;
  • Bölmə və şöbə rəhbərinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.

Texniki kompetensiyalar

  • Banklarda risklərin idarə edilməsi üzrə biliklər (orta səviyyədə) 
  • Ekonometrika və modelləşmə üzrə texniki biliklər (yüksək səviyyədə)
  • Banklarla bağlı normativ xarakterli aktlar haqqında biliklər (orta səviyyədə) 
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun (orta səviyyədə) 

Təcrübə

  • Maliyyə sektorunda əsasən risklərin idarəedilməsi sahəsi üzrə 1 il

Təhsil

  • Ali təhsil (iqtisadiyyat/maliyyə/riyaziyyat/ekonometrika)

Dil bacarığı

  • Azərbaycan dili (əla səviyyədə), İngilis dil (yaxşı səviyyədə)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)
  • Statistika/Ekonometrika proqram təminatları üzrə biliklər (arzuolunandır) 

Sertifikatlar

  • Beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir.
  • Daily0
  • Weekly0
  • Monthly1891